1. Müsəlman olmayan, islam dininə etiqad etməyən; qeyri-müsəlman. □ Kafir insan.
2. İsim kimi: müsəlman olmayan, islam dininə etiqad etməyən adam; qeyri-müsəlman. □ Kafir olsaydı əgər rəhmə gələrdi, gözəlim; O qədər ki, sənə mən dərdimi izhar elədim. (M.Şəhriyar).
3. İsim kimi: mütərəqqi fikir sahiblərinə, dinə tənqidi yanaşan və ya inanmayan şəxslərə verilən ad; dinsiz, laməzhəb (bəzən zarafatla deyilir). □ Bu fikir köhnə müsəlmanların fikrinə oxşayır: “Rusca danışdın kafirsən, furajka qoydun, kafirsən”. (M.S.Ordubadi).
4. Vulqarizm. Söyüş mənasında (çox vaxt “kafir oğlu kafir” şəklində). □ Bu kafir oğlu kafir qoşunu qırdı, qurtardı. (“Koroğlu”).
5. İsim kimi: canavar, ilan kimi heyvanların evfemistik adı. □ Niyə, ay kişi, olmaya yenə kafir çaldı? (S.Rəhimov).
Həmçinin bax: