1. Xəmir mayası, acıxəmrə. □ Anam xəmirə acıtma qatır ki, çörək yaxşı bişsin.
2. Ədəbiyyatşünaslıq. Şifahi xalq şeirində, daha dəqiq desək, uşaq folklorunda deyişənlərin bir-birlərinə acıq vermək üçün söylədikləri mənzumə. □ Acıtma bəzən dolama da adlanır.
Azərbaycan dilinin izahlı lüğəti1. Əlindən iş gəlməyən, bacarıqsız, zəif, yazıq, fağır, məzlum, əlsiz-ayaqsız. □ Aciz adam. Aciz uşaq. O bu işdə aciz olduğunu etiraf edirdi.
2. Nə edəcəyini bilməyən, çaşıb qalmış, cəsarətsiz, qətiyyətsiz, qorxaq. □ Mən bu işdə acizəm. Düşmən o qədər aciz idi ki, ilk hücumumuza dözə bilmədi.
Həmçinin bax: