Reklam
Reklam

Все словари

fikir [fikir] isim ərəb

1. Düşünmə, düşüncə, təfəkkür; təfəkkür prosesi. □ Bir işi başlayanda axırını fikir elə. (Atalar sözü).
2. Niyyət, məqsəd, məram. □ Fikrini başa düşmək.
3. Fikirləşmə, düşünmə, mühakimə nəticəsində hasil olan qənaət, ideya. □ Dərin fikir. Maraqlı fikir. Ciddi fikir.
4. Rəy, görüş, mülahizə. □ Nə fikriniz var?
5. Bilik. □ Elmi fikir. Bədii fikir.
6. Adamın ağlını məşğul edən şey, daim düşünülən şey (bəzən “fikir-zikir” şəklində işlənir). □ Yüz fikir bir borcu ödəməz. (Atalar sözü).
7. Hafizə qüvvəsi, yaddaş, xatır. □ Fikrimdə qalmadı.
8. Əqidə, görüş, baxış. □ Fikrinlə razı deyiləm.
9. Modal söz kimi: fikrimcə, fikrincə, fikrimizcə, fikrinizcə və s. şəkillərdə – məncə, mənə görə; səncə, sənə görə; bizcə, bizə görə; sizcə, sizə görə. □ Sonanın fikrincə, Bahar hər incə mətləbi gözdən oxuyan bir qızdı. (B.Bayramov).

Həmçinin bax:

frazeologizm: ağlına fikir gəlmək frazeologizm: fikir aparmaq frazeologizm: fikir çəkmək (eləmək) frazeologizm: fikir dəryasına qərq olmaq frazeologizm: fikir götürmək frazeologizm: fikir irəli sürmək frazeologizm: fikir oyanmaq frazeologizm: fikir yürütmək frazeologizm: fikrə düşmək frazeologizm: fikrə getmək frazeologizm: fikrə gəlmək frazeologizm: fikrə salmaq frazeologizm: fikri alt-üst olmaq frazeologizm: fikri başından çıxartmaq frazeologizm: fikri dağda-daşda olmaq frazeologizm: fikri dağılmaq frazeologizm: fikri dolaşmaq frazeologizm: fikri göylərdə olmaq frazeologizm: fikri özündə olmamaq frazeologizm: fikri ... yanında qalmaq frazeologizm: fikri yayınmaq frazeologizm: fikrində qalmaq (durmaq) frazeologizm: fikrində tutmaq frazeologizm: fikrindən çıxmaq frazeologizm: fikrindən daşındırmaq frazeologizm: fikrindən daşınmaq (dönmək) frazeologizm: fikrindən döndərmək frazeologizm: fikrindən keçmək frazeologizm: fikrinə düşmək frazeologizm: fikrinə gəlmək frazeologizm: fikrinə gətirmək frazeologizm: fikrini azdırmaq frazeologizm: fikrini cəmləmək (toplamaq) frazeologizm: fikrini çəkmək frazeologizm: fikrini dağıtmaq frazeologizm: fikrini oxumaq frazeologizm: fikrini yayındırmaq frazeologizm: fikrinin üstündə durmaq frazeologizm: sözünə fikir vermək frazeologizm: ürəyinə qara fikirlər gəlmək jurnalistika: fərqli fikir jurnalistika: fikir azadlığı jurnalistika: fikir müxtəlifliyi jurnalistika: ictimai fikir Azərbaycan dilinin izahlı lüğəti