1. Düşünmə, düşüncə, təfəkkür; təfəkkür prosesi. □ Bir işi başlayanda axırını fikir elə. (Atalar sözü).
2. Niyyət, məqsəd, məram. □ Fikrini başa düşmək.
3. Fikirləşmə, düşünmə, mühakimə nəticəsində hasil olan qənaət, ideya. □ Dərin fikir. Maraqlı fikir. Ciddi fikir.
4. Rəy, görüş, mülahizə. □ Nə fikriniz var?
5. Bilik. □ Elmi fikir. Bədii fikir.
6. Adamın ağlını məşğul edən şey, daim düşünülən şey (bəzən “fikir-zikir” şəklində işlənir). □ Yüz fikir bir borcu ödəməz. (Atalar sözü).
7. Hafizə qüvvəsi, yaddaş, xatır. □ Fikrimdə qalmadı.
8. Əqidə, görüş, baxış. □ Fikrinlə razı deyiləm.
9. Modal söz kimi: fikrimcə, fikrincə, fikrimizcə, fikrinizcə və s. şəkillərdə – məncə, mənə görə; səncə, sənə görə; bizcə, bizə görə; sizcə, sizə görə. □ Sonanın fikrincə, Bahar hər incə mətləbi gözdən oxuyan bir qızdı. (B.Bayramov).
Həmçinin bax: