Xalçaçılıq. Yəhər keçəsini tikmək üçün istifadə olunan iri qıyıq.
Nüfuz, şöhrət, etibar, hörmət, şan, yaxşı ad. □ Oğuz elində ad-san qazanmaq üçün iki vacib şərt vardı: torpağı yadlardan qorumaq və kimsəsizlərə əl tutmaq.
1. Adı olmayan; adı məlum olmayan. □ Adsız yer. İgid vətən övladları hər gün adsız yüksəkliklərdə vətənin keşiyini çəkirlər.
2. Şöhrəti, adı-sanı olmayan, tanınmayan. □ Adsız adam açarsız qapıdır. (Atalar sözü).
3. İmzasız. □ Adsız məktub.
Şöhrəti, adı-sanı olmayan, tanınmayan, heç bir cəhətdən məşhur olmayan, adi. □ Adsız-sansız adam.
Avropanın bəzi ölkələrində tələbənin, aspirantın, tədqiqatçının elmi məsləhətçisi, kuratoru. □ Universitet advayzeri.
Reklam biznesi, istehlakçını məlumatlandırma işinin təşkili və prosesi, reklam hazırlanması və yayımı sistemi.
Hüquq. Məhkəmədə müttəhimi müdafiə edən hüquqşünas; vəkil. □ Bu işi udmaq üçün bizə güclü advokat lazımdır.
Bax: vəkillik.
Yun və ya iplikdən toxunma bir qat yorğan. □ Sığınacaqdakı insanlara isinmələri üçün isti adyallar paylandı.
Pedaqogika. Hərbi təhsil müəssisəsində dоktоranturaya bərabər tutulan yüksəkiхtisaslı elmi-pedaqоji kadrların hazırlanması mərhələsi. □ Adyunktura keçmək.
1. Hərb. Hərbi hissə komandirinin tapşırığını icra edən, yaxud qərargah işlərini icra edən hərbi qulluqçu. □ Generalın adyutantı.
2. Tarix. Hərb. Monarx sarayında hərbi rütbə.
Hərb. Adyutant vəzifəsi və işi.
Müxtəlif sözlərə qoşularaq hava, fəza ilə bağlı mənalar yaradır; məs.: aerobus, aerostat.
Ritmik musiqi sədaları altında müxtəlif hərəkətlərlə müşayiət olunan gimnastika; ritmik rəqs. □ Aerobika məşğələsi.
Nəqliyyat. Orta və uzaq məsafələrə uçan, çox sərnişin tutan təyyarə. □ Müasir aerobus.