1. Ötmüş, həddindən artıq yetişmiş (meyvə, taxıl haqqında).
2. Həddindən artıq bişmiş, vaxtından artıq od üstündə qalıb keyfiyyətini itirmiş (bişmiş haqqında).
3. Üstün. □ Ağıl ağıldan üstündür, söz sözdən ötkün. (Atalar sözü).
4. Məcazi mənada: ötən, keçən, təsirli. □ Ötkün sözüm, kəskin bəxtim olaydı; Ağ otağım, zərrin rəxtim olaydı. (Aşıq Ələsgər).
5. Məcazi mənada: məlahətli, zərif, ahəngdar, lətif. □ Qızın ötkün səsində xəfif bir titrəyiş vardı. (M.Hüseyn).
6. Məcazi mənada: qüvvətli, təsirli.
1. Keçmək, keçib getmək, gəlib keçmək. □ Yoldan ötmək.
2. Bir yerin, sahənin ortasından, içindən keçmək, keçib getmək. □ Kənddən ötmək.
3. Uçub getmək, uçaraq keçmək. □ Bulud ötüb, Ay hanı? Qaşın kimi yay hanı? Gəzdim eli-obanı; Eldə sənə tay hanı. (Xalq mahnısı).
4. Hərəkətdə, yerişdə, qaçışda qabaqlamaq, irəli getmək, irəlidə olmaq, ötüb keçmək, geridə buraxmaq. □ Əzizim, ölmək olmaz; Köhləni ötmək olmaz; Elin atdığı daşı; Yerdən tərpətmək olmaz. (Bayatı).
5. Məcazi mənada: bir şeydə o birilərinə görə daha çox müvəffəq olmaq, daha çox nailiyyət əldə etmək. □ Dərsdə yoldaşlarını ötmək. Region dövlətlərini ötmək.
6. Keçmək, aşmaq, atlamaq, sovuşmaq, qurtarmaq (saat, mövsüm, zaman, yaş haqqında). □ Saat ikini ötdü. Yaşı əllini ötüb.
1. Oxumaq, cəh-cəh vurmaq, civildəşmək. □ Səhər açıldı, quşlar ötdü. (Ə.Vəliyev).
2. Məcazi mənada: tərənnüm etmək. □ Yaşıl yamacda qumru tək; Ötür yanıqlı bir tütək. (Ə.Cəmil).
Həmçinin bax:
1. Çıxışlıq halda olan sözlərdən sonra gələrək səbəb, ya məqsəd bildirir. □ Bir birədən ötrü yorğanı yandırmazlar. (Atalar sözü).
2. Mürəkkəb qoşmanın ikinci tərkib hissəsi kimi işlədilərək, özündən əvvəlki fikrin sonrakı fikrə səbəb olduğunu bildirir. □ Bu dağı aşmaq olmaz; Narıncı başmaq olmaz; Bir quru sözdən ötrü; Yarla savaşmaq olmaz. (Bayatı).
Həmçinin bax:
1. Yola salmaq. □ ..yola düşəndə heç kim onu ötürməyə çıxmasın. (N.Nərimanov).
2. Bir-birinə verərək göndərmək. □ Yazını qabaqdakına ötürmək.
3. Bir şeyi tez, xəlvəti, başqalarına sezdirmədən qoymaq, salmaq, vermək. □ ..qarşı tərəfdən beş nəfər silahlı adamın gəldiyini görür və bombanı cibinə ötürür.. (M.S.Ordubadi).
4. Üstündən keçmək, buraxmaq, fikir verməmək, nəzərdən qaçırmaq. □ Oxuyarkən iki sətir ötürmək.
5. Məcazi mənada: acgözlüklə, tez-tez yemək; aşırmaq. □ Kazım halvadan iri tikələr tutub ötürdükcə gözlərinə işıq gəlirdi. (Y.V.Çəmənzəminli).
6. Gəlməmək, iştirak etməmək, buraxmaq. □ Dərsi ötürmək.
7. Qaçırmaq, əldən çıxarmaq, istifadə edə bilməmək, çata bilməmək. □ Trolleybusu ötürmək. Fürsəti ötürmək.
Həmçinin bax:
Bir-birinə ötürmə.
Həmçinin bax:
1. Ötürən, yola salan, müşayiət edən, yanınca gedən.
2. Elektrotexnika. Hərəkəti və s.-ni maşının bir hissəsindən o birinə nəql edən qayış, dişli çarx və s. □ Hərəkət ötürücüsü.
3. Elektrotexnika. Sifət kimi: hərəkəti və s.-ni maşının bir hissəsindən o birinə nəql edən qayış, dişli çarx və s. □ Ötürücü qayış. Ötürücü çarx.
4. Jurnalistika. Məlumatın müəyyən məsafəyə ötürülməsi üçün istifadə edilən qurğu. □ Qəsəbədə yeni ötürücü stansiya quraşdırılıb.
Həmçinin bax:
Bax: ötürülmək.
Həmçinin bax: