Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ötmək1 [ötməx'] feil

1. Keçmək, keçib getmək, gəlib keçmək. □ Yoldan ötmək.
2. Bir yerin, sahənin ortasından, içindən keçmək, keçib getmək. □ Kənddən ötmək.
3. Uçub getmək, uçaraq keçmək. □ Bulud ötüb, Ay hanı? Qaşın kimi yay hanı? Gəzdim eli-obanı; Eldə sənə tay hanı. (Xalq mahnısı).
4. Hərəkətdə, yerişdə, qaçışda qabaqlamaq, irəli getmək, irəlidə olmaq, ötüb keçmək, geridə buraxmaq. □ Əzizim, ölmək olmaz; Köhləni ötmək olmaz; Elin atdığı daşı; Yerdən tərpətmək olmaz. (Bayatı).
5. Məcazi mənada: bir şeydə o birilərinə görə daha çox müvəffəq olmaq, daha çox nailiyyət əldə etmək. □ Dərsdə yoldaşlarını ötmək. Region dövlətlərini ötmək.
6. Keçmək, aşmaq, atlamaq, sovuşmaq, qurtarmaq (saat, mövsüm, zaman, yaş haqqında). □ Saat ikini ötdü. Yaşı əllini ötüb.

ötmək2 [ötməx'] feil

1. Oxumaq, cəh-cəh vurmaq, civildəşmək. □ Səhər açıldı, quşlar ötdü. (Ə.Vəliyev).

2. Məcazi mənada: tərənnüm etmək. □ Yaşıl yamacda qumru tək; Ötür yanıqlı bir tütək. (Ə.Cəmil).

Həmçinin bax:

frazeologizm: ay ötdü, il dolandı frazeologizm: dil-dil ötmək frazeologizm: heç yanından ötməyib frazeologizm: saqqalım yoxdur, sözüm ötmür frazeologizm: yel olub yanından ötə bilməmək Azərbaycan dilinin izahlı lüğəti