Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ötürmək [ötürməx'] feil

1. Yola salmaq. □ ..yola düşəndə heç kim onu ötürməyə çıxmasın. (N.Nərimanov).
2. Bir-birinə verərək göndərmək. □ Yazını qabaqdakına ötürmək.
3. Bir şeyi tez, xəlvəti, başqalarına sezdirmədən qoymaq, salmaq, vermək. □ ..qarşı tərəfdən beş nəfər silahlı adamın gəldiyini görür və bombanı cibinə ötürür.. (M.S.Ordubadi).
4. Üstündən keçmək, buraxmaq, fikir verməmək, nəzərdən qaçırmaq. □ Oxuyarkən iki sətir ötürmək.
5. Məcazi mənada: acgözlüklə, tez-tez yemək; aşırmaq. □ Kazım halvadan iri tikələr tutub ötürdükcə gözlərinə işıq gəlirdi. (Y.V.Çəmənzəminli).
6. Gəlməmək, iştirak etməmək, buraxmaq. □ Dərsi ötürmək.
7. Qaçırmaq, əldən çıxarmaq, istifadə edə bilməmək, çata bilməmək. □ Trolleybusu ötürmək. Fürsəti ötürmək.

Həmçinin bax:

frazeologizm: bir qulağından alıb o biri qulağından vermək (ötürmək) frazeologizm: bu qulağından alıb o qulağından vermək (ötürmək) frazeologizm: dal qapıdan ötürmək frazeologizm: içəriyə ötürmək frazeologizm: köks ötürmək frazeologizm: sağ qulağından alıb sol qulağından vermək (ötürmək) Azərbaycan dilinin izahlı lüğəti