1. Musiqi alətində ifa edilmək. □ Bu sırada yandakı görünməz məzarlıqda həzin və xəfif bir ahəng ilə çoban düdüyü çalınmağa başlar. (H.Cavid).
2. Vurulmaq, eşidilmək. □ ..Qapının zəngi çalındı, Şirmayı.. tez qapını açdı. (M.Hüseyn).
3. Döyülmək, taqqıldadılmaq. □ Bu halda evin qapısı çalındı. (H.Nəzərli).
4. Vurulmaq, qaxılmaq; mıxla bir yerə bənd edilmək. □ Yan küçədə sınıq-sökük darvazaya çəkməşəkilli iri bir lövhə çalınmışdı. (Y.V.Çəmənzəminli).
5. Biçilmək. □ Otlaqların otu çalınmışdır.
Həmçinin bax: