Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çalınmaq [çalımmax] feil

1. Musiqi alətində ifa edilmək. Bu sırada yandakı görünməz məzarlıqda həzin və xəfif bir ahəng ilə çoban düdüyü çalınmağa başlar. (H.Cavid).
2. Vurulmaq, eşidilmək. ..Qapının zəngi çalındı, Şirmayı.. tez qapını açdı. (M.Hüseyn).
3. Döyülmək, taqqıldadılmaq. Bu halda evin qapısı çalındı. (H.Nəzərli).
4. Vurulmaq, qaxılmaq; mıxla bir yerə bənd edilmək.Yan küçədə sınıq-sökük darvazaya çəkməşəkilli iri bir lövhə çalınmışdı. (Y.V.Çəmənzəminli).
5. Biçilmək. Otlaqların otu çalınmışdır.

Həmçinin bax:

frazeologizm: toyu küllükdə çalınmaq frazeologizm: zurnası çalınmaq Azərbaycan dilinin izahlı lüğəti