Reklam
Reklam

Все словари

absurd [apsurt] isim lat. absurdus – cəfəng

Həqiqətə uyğun olmayan, boş və mənasız söhbət, mənasızlıq; ağlasığmaz bir şey, cəfəngiyyat. □ Absurd fikir.

Azərbaycan dilinin izahlı lüğəti

abzas [abzas] isim alm. absatzsətirbaşı

1. Dilçilik. Çap və ya əlyazması mətnlərində sətir başında verilən ara, sətirbaşı. □ Cümləni abzasdan başlamaq.

2. Dilçilik. Mətnin iki sətirbaşı arasındakı məzmunca bitkin hissəsi. □ İkinci abzasın məzmunu.

Azərbaycan dilinin izahlı lüğəti