At çapmaqda yarışmaq. □ Budur, aşağıdan üçüncü dolaydan başıyuxarı iki atlı çapışır. (C.Məmmədquluzadə)
Qeyd: ...çaplı. Adətən silah adlarının əvvəlinə gətirilərək, onların lülələrinin diametrini (ölçüsünü) göstərir; kalibrli. Məsələn, ortaçaplı tüfəng, iriçaplı top (pulemyot).
1. Çapacaq, balta, külüng və s. ilə parçalamaq, doğramaq. □ Odun çapmaq. Ət çapmaq.
2. İti sürmək (atı); sürətlə getmək, qaçmaq; qaçıb getmək. □ ..Bir qeyriləri də şəhərdən çıxıb aşağı tərəfə çapırlar.. (C.Məmmədquluzadə).
3. Zorla və ya başqa yolla var-yoxunu əlindən almaq; talamaq, soymaq, çapıb-talamaq. □ ..Avar ləzgisi altmış il bundan əqdəm Xanbutayın sərkərdəliyilə Nuxunu gəlib çapdığını nəzm etmişəm. (M.F.Axundzadə).
4. Kəsərti ilə, iti bir şeylə yaralamaq. □ ..Mahmud ayağını balta ilə çapdı. (Z.Xəlil).
Həmçinin bax:
1. Soyğunçuluq məqsədilə silahlı basqın; quldurluq, çapovulçuluq, yolkəsmə, çapqınçılıq.
2. Çapqınla məşğul olan adam; quldur, soyğunçu, çapovulçu, yolkəsən. □ Görünür, rəis yaylaqda asayiş düzəldəcək, çapovulların qabağını alacaqdı. (Mir Cəlal).
1. Günəşdən, yağışdan qorunmaq və ya başqa məqsədlər üçün dirəklər üzərində qurulmuş üstüörtülü kölgəlik; talvar. □ Bu dağı bağ eylərəm, ay bülbüllər; Yanın çardaq eylərəm, ay bülbüllər; Eşitsəm sən gəlirsən, ay bülbüllər; Yolunu çıraq eylərəm, ay bülbüllər. (Xalq mahnısı).
2. Tənək üçün dirəklər üzərində üstünə nazik taxtalar, borular düzülən və ya məftil çəkilən qurğu. □ Gəzəcəkdir qədəm-qədəm bağımı; Görəcəkdir üzümlü çardağımı. (A.Səhhət).