1. Çapacaq, balta, külüng və s. ilə parçalamaq, doğramaq. □ Odun çapmaq. Ət çapmaq.
2. İti sürmək (atı); sürətlə getmək, qaçmaq; qaçıb getmək. □ ..Bir qeyriləri də şəhərdən çıxıb aşağı tərəfə çapırlar.. (C.Məmmədquluzadə).
3. Zorla və ya başqa yolla var-yoxunu əlindən almaq; talamaq, soymaq, çapıb-talamaq. □ ..Avar ləzgisi altmış il bundan əqdəm Xanbutayın sərkərdəliyilə Nuxunu gəlib çapdığını nəzm etmişəm. (M.F.Axundzadə).
4. Kəsərti ilə, iti bir şeylə yaralamaq. □ ..Mahmud ayağını balta ilə çapdı. (Z.Xəlil).
Həmçinin bax: