Cəm şəkilçisi qəbul etmədən say etibarilə çoxluq, topluluq bildirən isim.
Toplu isimlər qrammatik cəhətdən təkdə olan isimlərdir, lakin onlar yekcins şəxs və ya əşyaların hamısını bir bütöv vahid şəklində bildirir; məs.: cəmiyyət, qoşun, ordu, ilxı, naxır, partiya, dəstə, xalq, camaat, el, üləma, şüəra, əhali, alay və s. Camaat, şüəra, əhali sözləri istisna olmaqla toplu isimlər cəm şəkilçisi qəbul edə bilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMüxtəlif yerlər, eləcə də yer adlarının – toponimlərin yaranması ilə bağlı əfsanələr.
Folklorumuzda çoxlu belə əfsanələr mövcuddur: “Pəri qala”, “Dədəgünəş”, “Siyəzən”, “Dəmirqaya”, “Beşbarmaq dağı”, “Səngəçal”, “Çənlibel”, “Göyçə gölü”, “Şahdağ” və s. Bəzən belə əfsanələrdə tarixiliyə bir iddia olur: tarixi şəxsiyyətin və ya hadisənin adı çəkilir. Bir çox hallarda isə toponimik əfsanələr sırf xalq təxəyyülü və mifoloji təfəkkür əsasında yaranır. İstənilən halda toponimik əfsanələr müəyyən ərazidəki yerlərin tarixi mənşəyi, etnogenezi haqqında qiymətli mənbə sayılır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞifahi xalq ədəbiyyatının lirik janrlarından biri; nikahla bağlı mərasimlərdə oxunan nəğmələr.
Folklorumuzda “Toyun mübarək olsun”, “Yaxşı bəzək vurun bizim gəlinə”, “Xoş gəldin sən bizə”, “Qardaşımın toy qoyunu”, “Bəyin tərifi”, “Ay, yara xoş gəldin deyin” kimi nəğmələr mövcuddur. Bir çox digər nəğmələr kimi toy nəğmələrinin də konkret bədii forması (struktur, qafiyə) olur. Toy nəğmələri elçilik, nişan, oğul evləndirmək, gəlin köçürməklə bağlı oxunan nəğmələrdir:
Qızılgülü biçmişəm,
Biçəndə and içmişəm.
Yüz gözəlin içindən
Təkcə səni seçmişəm.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKlassik Şərq və Azərbaycan ədəbiyyatında Allahın birliyini, şəriksiz olduğunu tərənnüm edən şeir.
Ədəbiyyatımızda M.Füzuli, Ş.İ.Xətai və Həbibinin yaradıcılığında rast gəlinir. Tövhiddə Allahın gücü, qüdrəti, ədaləti poetik dillə ifadə olunur. Tövhid daha çox qəsidə janrında yazılırdı.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. tragoedia + comodia
Faciə və komediya ünsürlərini özündə birləşdirən dramatik əsər.
Tragikomediyanın ilk nümunələrinə antik ədəbiyyatda, xüsusilə Evripidin yaradıcılığında rast gəlinir. Şekspirin son pyesləri də (“Fırtına”, “Perikl”, “Qış nağılı” və s.) bu janrda yazılıb. Tragikomediyada faciəyə xas olan yüksək pafos, dramatizm özünü göstərir, lakin son həddinə çatmır; qəhrəmanın ətraf aləmlə konflikti onun ölümü ilə nəticələnmir. Komik səhnələr, dialoqlardakı yumorlu atmacalar gərginliyi, tragizm ruhunu azaltmağa xidmət edir. Bu əsərlər, adətən, komediyaya xas olan xoşbəxt sonluqla bitir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKlassik türk poeziyasında dördmisralıq şeir növü.
“Tuyuq” sözü “duymaq” sözündəndir. Hikmətamiz məzmun daşıyan bu şeirlər daha çox əruz vəzninin rəməl bəhrində yazılıb. Tuyuq janrını ədəbiyyatımıza Qazi Bürhanəddin gətirib. Sonradan İ.Nəsimi və Ə.Nəvai bu janrı inkişaf etdiriblər. Tuyuqda misralar a.a.b.a şəklində qafiyələnir:
Hər zamanın bir nigarü-şahi var,
Hər günün günəşi, gecənin mahi var.
Oduna düşənə qalmadı qərar,
Yola çıxan kişinün Allahı var. (Q.Bürhanəddin)
Tuyuq şeirində bəzən üçüncü misra da digərləri ilə həmqafiyə ola bilir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAzərbaycan şifahi xalq ədəbiyyatında daha çox qoşma, bəzən də divani şəklində olan, məzmunca hikmətamiz şeir növü.
Bir ənənə olaraq aşıqlar dastana ustadnamə ilə başlayırlar. Məhəbbət dastanlarının əvvəlində, adətən, üç ustadnamə verilirdi. Belә şeirlәrdə tәrbiyәvi, fəlsәfi fikirlər yürüdülür, dünyanın vəfasızlığından, “beşgünlük” olmasından danışılır. Azәrbaycan el sәnәtkarlarından Xәstә Qasım, Aşıq Abbas Tufarqanlı, Aşıq Әlәsgәr vә başqalarının bir çox ustadnamələri vardır.
Ələsgərin sözün yеtir nisaba,
Sərf еdənlər səbt еləsin kitaba.
Hеç namərdin adı gəlməz hеsaba,
Mərd bir olar, onda iki ad olmaz.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞifahi və yazılı ədəbiyyatda uşaqlar üçün nəzərdə tutulmuş əsərlərin məcmusu.
Uşaq ədəbiyyatı konkret janrlarla məhdudlaşmır. Uşaqlar üçün nəzərdə tutulmuş əsərlər dil və üslubun sadəliyi, məzmun və ideyanın son dərəcə aydın olması ilə seçilir. Bu əsərlərin qəhrəmanları, adətən, uşaqlar olur və əsərin süjetini onların macəraları, çox zaman fantastik qüvvələrlə qarşılaşması təşkil edir. Bu baxımdan M.Tvenin, Ç.Dikkensin, C.Rodarinin əsərləri dünya uşaq ədəbiyyatının inciləri sayılır. Bununla yanaşı, elmi fantastika və macəra ədəbiyyatının bir çox nümunələri də çox zaman uşaq ədəbiyyatına aid edilir. Azərbaycanda uşaq ədəbiyyatının yaranması XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. N.Nərimanov və S.M.Qənizadə “Sovqat” (1896) adlı şəkilli uşaq jurnalı və “Məktəb” (1900) adlı elmi-pedaqoji aylıq jurnal yaratmaqla uşaq ədəbiyyatının təşəkkülü və inkişafına təkan verdilər. R.B.Əfəndiyev, C.Məmmədquluzadə, A.Səhhət, S.S.Axundov, A.Şaiq, S.M.Qənizadə və b. Azərbaycan klassik uşaq ədəbiyyatının görkəmli nümayəndələridir. Müasir dövrdə bir çox klassik əsərlərin uşaqlar üçün adaptasiyası da uşaq ədəbiyyatının bir qolunu təşkil edir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAsılı tərəfin əsas tərəfə şəxsə, kəmiyyətə və mənsubiyyətə görə uyğunlaşması.
Uzlaşma əlaqəsi həm mübtəda ilə xəbər arasında (məs.: Onlar gəldilər.), həm də II və III növ təyini söz birləşmələrinin tərəfləri arasında (məs.: kitab üzü, kitabın üzü) olur. Mübtəda ilə xəbər arasında şəxsə və kəmiyyətə görə, II və III növ təyini söz birləşmələrinin tərəfləri arasında isə mənsubiyyətə və kəmiyyətə görə uzlaşma olur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTələffüz zamanı digər saitlərlə müqayisədə uzun tələffüz olunan sait.
Daha çox ərəb-fars mənşəli sözlərdə müşahidə olunur. Uzun sait sözün ilk, orta və son hecalarında işlənə bilir: alim [a:lim], xəzinə [xəzi:nə], əmtəə [əmtə:]. Transkripsiya daxilində uzun sait qoşa nöqtə (:) ilə göstərilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBir sözdən ibarət olub sintaktik cəhətdən üzvlənməyən cümlələr.
Bu cür cümlələr bitmiş fikir ifadə etsə də, onları baş və ikincidərəcəli üzvlərə ayırmaq qeyri-mümkündür. Üzvlənməyən cümlələrə söz-cümlə deyilir. Söz-cümlələr təsdiq və inkar ədatları (hə, bəli, yox, xeyr, əsla, qətiyyən, heç, heç də), bəzi modal sözlər (əlbəttə, sözsüz, baş üstə, göz üstə, şübhəsiz və s.) və nidalarla (ah, aha, oho, ey, əfsus və s.) ifadə olunur. Söz-cümlələr fikrin qısa, emosional və sürətlə ifadəsinə imkan verir; məs.: Bilmirsən, bu nə mahnı idi, Zaur? – Yox (Anar). Sən bu mövzunu qəsdən seçmisən? – Xeyr (S.Əhmədov). Onda verin bəri, qol çəkim! – Baş üstə! (S.Rəhimov)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti