Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

feili bağlama tərkibi

Feili bağlama ilə işlənib özündən əvvələ söz toplayan və cümlənin mürəkkəb zərfliyi kimi çıxış edən tərkib.

Nümunə: Əkbər kitabı stolun üstünə qoyub lövhəyə yaxınlaşdı. Tərkibin yaranmasında bütün feili bağ­lama şəkilçiləri iştirak edə bilir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

feili birləşmə

Əsas tərəfi təsriflənməyən feillərdən ibarət olan söz birləşməsi.

Nümunə: film izləyən, məktubu oxu­yanda, dərsə hazırlaşmaq və s. Feili birləşmələr cümlə da­xilində tərkib əmələ gətirir. Tərkiblər əsas tərəflərin adları ilə adlanır və üç növə ayrılır: məsdər tərkibi, feili sifət tərkibifeili bağlama tərkibi.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

feili xəbər

Feilin təsriflənən formaları (feilin əmr, xəbər, vacib, arzu, lazım və şərt şəkilləri) və feili frazeoloji birləşmələrlə ifadə olunan xəbər.

Nümunə: Təzə cihaz alın­malıdır. Sabah gedəsiyik. Mən birinci olmaq istəyirəm. Düşmən dərdə düşsün. Vəli dərindən bir ah çəkdi. Feili xəbər nə etmək? sualının müxtəlif şəkil və zamanlara görə dəyişən formalarına cavab verir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

feilin birgəlik növü

Hərəkətin iki və daha çox subyekt tərəfindən birgə icra edildiyini bildirən feil növü.

Feilin bu növü -ış4 (-ş) şəkilçisi vasitəsilə təsirsiz feillərdən düzəlir; məs.: İçəri doluşdular.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti