Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

feilin xəbər şəkli

Xüsusi şəkilçisi olmayıb zaman və şəxs şəkilçiləri ilə düzələn, işin nə zaman və kim tərəfindən gö­rüldüyünü bildirən feil şəkli.

Xəbər şəklində olan feil za­mana və şəxsə görə dəyişir: baxdım, baxdınız, baxdılar (şühudi keçmiş zaman), baxmışıq, baxıbsan, baxıblar (nəqli keçmiş zaman), baxır, baxıram, baxırsınız (indiki zaman), baxacağam, baxacaqsınız, baxacaq (qəti gələcək zaman), baxarıq, baxarsan, baxarlar (qeyri-qəti gələcək zaman).

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti