Növbələşən zaman kəsiklərinin (gecə və gündüzün, yay və qışın) əsatirləşdirildiyi miflər.
T.M. astronomik müşahidələr, Yeni ilin qarşılanması, məhsul bayramları və başqa təqvimi hadisələrlə bağlı yaranıb. Ölən və dirilən ilah haqqında əsatirlər də T.M.-in bir növüdür. Onlar fəsillərin dəyişməsini simvolizə edir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiÜslubi fiqur: əsərdə hər hansı tarixi hadisəyə, şəxsiyyətə və ya bədii əsərə eyham vurulması.
T. tarixi fakt haqqında geniş məlumat deyil, fikri daha təsirli ifadə etmək üçün qısa xatırlatma, işarədir. Müəllif bunu elə edir ki, sanki oxucunun həmin faktı bildiyinə əmindir, buna görə də geniş izahata ehtiyac duymur. Ədəbiyyatımızda bir çox sənətkarların yaradıcılığında bu poetik fiqura rast gəlinir. Seyid Əzim Şirvani “Səni” rədifli qəzəlinin 4-cü beytində Xızır peyğəmbərlə bağlı belə bir T. yaratmışdır:
İstəməz abi-bəqa Xizrü Məsiha xurşid,
Göstərə bir kəs əgər Xizrü Məsihaya səni.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiDidaktik xarakter daşıyan kiçikhәcmli alleqorik әsər.
Dünya ədəbiyyatında ilk T. müəllifinin qədim yunan yazıçısı Ezop (M.ö. VI–V əsrlər) olduğu güman edilir. Avropada bu janrın ən görkəmli nümayəndəsi XVII əsr fransız yazıçısı J.Lafontendir. Şərqdə isə M.ö. I əsrdə yaşayıb-yaratmış hind ədibi Baydebanın “Kəlilə və Dimnə” adlı təmsillər toplusu məşhurdur. Alleqoriya T.-in əsas xüsusiyyətlərindən biridir: burada canlı və cansız varlıqlar şəxsləndirilir. Bu janrın digər mühüm xüsusiyyəti onun çox zaman komik və ya satirik məzmunda olmasıdır. T. nəsihətamiz əxlaqi-didaktik məzmunda olur və adətən, əsərin sonunda ideya açıq şəkildə ifadə olunur. Klassik Şərq ədəbiyyatında nəzmlə olan T.-lər, adətən, məsnəvi şəklində qafiyələnir. Azərbaycan ədəbiyyatında T. janrının ən görkəmli nümayəndələri Q.Zakir, S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhət, H.Ziya və b.-dır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiÇörək bişirməklə bağlı oxunan əmək nəğmələri.
T. təndir qalanarkən, təndirə çörək yapılarkən oxunan nəğmələrə deyilir. Bəzən xəmir yoğrularkən və kündələr salınarkən qadınlar təndirbaşı zümzümə edirlər:
Ay bacım, bacım,
Yağlıdı sacım,
Kündəsin yayım,
Ətəyin açım.
Xəmirim, hallı xəmirim,
Çörəyi ballı xəmirim.
T.-ın bir qismi sacasma adlanır. Sacasma sac üzərində lavaş (fətir) bişirilərkən oхunur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKlassik Şərq ədəbiyyatında 4 misradan ibarət, qafiyə quruluşu a.a.a.a şəklində olan lirik janr.
Yaxın və Orta Şərq, habelə Azərbaycan şeirində işlənib. İctimai-fəlsəfi və ya məhəbbət mövzusunda olub. Qazi Bürhanəddin, Nəsimi və Füzulinin bəzi T.-ləri mistik səciyyəli olub. Özünəməxsus musiqi ritminə malik olan T.-ləri dərvişlər oxuyub.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiər. – dördqat, dördə çatdırmaq
Lirik növün janrı: qitə və ya qəzəl janrında yazılmış şeirin ya hər misrasına üç, ya da hər beytinə iki misranın əlavə edilməsi ilə yaranan dördlük.
Qafiyə quruluşu, əsasən, mürəbbedə olduğu kimidir: a.a.a.a, b.b.b.a, c.c.c.a, ... və s. T.-nin sonunda həm müəllifin, həm də şeirindən istifadə olunan şairin adı çəkilir. A.Səhhət M.Füzulinin “Dəhənin dərdimə dərman dedilər cananın” misrası ilə başlayan qəzəlini T. edib:
Dərdə düşdüm əsərindən sitəmi-hicranın,
Çarədən ötrü dolaşdım neçəsin dünyanın.
“Dəhənin dərdimə dərman dedilər cananın,
Bildilər dərdimi, yoxdur dedilər dərmanın”.
***
Eşq ikən rusi-əzəl xilqəti-aləm səbəbi,
Vaizin xalqı nədir nəhyi dəmadəm səbəbi.
“Olsa məhbublərin eşqi cəhənnəm səbəbi,
Hurü-qilmanı qalır kəndisinə rizvanın”...
***
Dili-divaneyi-Səhhət edəməz tabi-cünün,
Onu seyd etməsə zülfün kimi qüllabi-cünün.
“Ey Füzuli, olubam ğərqeyi-girdabi-cünun,
Gör nə qəhrin çəkirəm dönə-dönə dövranın”.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKlassik Şərq poeziyasında şeirlә yazılmış avtobioqrafik əsər.
T-H.-da müәllifin hәyatının әsas mәrhәlәlәri, peşәsi, mәşğuliyyәti, maraq dairәsi, dostları vә s. barəsindә mәlumat verilir. T-H. özünün müәyyәn ünsürlәri ilә aşıq poeziyasındakı vücudnaməlәri xatırladır. Əski şairlәrin әsәrlәri onların hәyat vә fәaliyyәtini öyrәnmәk baxımından başlıca mәnbә olduğuna görə T-H.-ların әhәmiyyәti böyükdür. Bu mövzulu şeirlәrin konkret forması yoxdur. Daha çox məsnəvi, yaxud müxəmməs şәklindә yazılır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiər. – əks sıra üzrə təkrir
Cümlədə sözlərin əks və ya fərqli sıra üzrə təkrarlanması.
T-Ə.-i sintaktik xiazm kimi də qəbul etmək olar. Fərq ondadır ki, burada eyni sözlər təkrarlanır:
– Tək niyə qalırsan? – dedi, – bəs mən nəyəm? Mən nəyəm bəs? (Elçin)
O dəm, o saat, o gün, o gün, o saat, o dəm
Sevinərəm ürəkdən əgər gənc ola bilsəm. (M.Müşfiq)
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKiçik ticarətlə məşğul olan adamların müştərini cəlb etmək üçün düzüb-qoşduqları şeirlər.
Satıcı bu poetik parçaları avazla söylәyә-söylәyә müştәri çağırır. T.-in əsasını improvizasiya tәşkil edir:
Әtri xoş,
Dadı meyxoş,
Görәn yerdә qoymaz,
Yeyәn yedikcә doymaz,
Sarı buğda çörәyi,
Sarı buğda çörәyi,
Gәl, gәl, ay müştәri!
Gәl, gәl, ay müştәri!..
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti