Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

bədii tərcümə

Bədii mətnlərin bir dildən başqa dilə çevrilməsi.

B.T.-də söz məzmundan başqa, estetik mahiyyət də kəsb edir. Buna görə də B.T. ilə məşğul olan şəxsin hər iki dili bilməsi ilə yanaşı, müəyyən bədii yaradıcılıq imkanlarına malik olması vacibdir. Tərcüməçi məzmuna sadiq qalaraq mətndəki məcazların, frazeologizmlərin və üslubi fiqurların tərcümə etdiyi dildəki qarşılığını düzgün tapmalıdır. B.T. problemləri bədii yaradıcılığın özəllikləri ilə bağlıdır. Burada orijinala ekvivalent mətn yaratmaqla yanaşı, oxucunun bədii qavrayışını nəzərə almaq lazım gəlir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti