Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sirventa

XII–XIII əsrlər trubadur poeziyasının əsas janrlarından biri.

Forma etibarilə kansonanı xatırladır, lakin toxunduğu mövzulara görə fərqlidir. S.-da ictimai-siyasi, dini, əxlaqi məsələlər qaldırılırdı, bəzən şairin düşmənlərinə qarşı (şəxsi S.) yönəldilirdi.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sisiliana

Səkkizmisralıq bəndlərdən ibarət qədim italyan şeir forması; oktavanın bir növü.

Oktavadan qafiyə quruluşu ilə (a.b, a.b, a.b, a.b) fərqlənir. Rus poeziyasında bu formadan Aleksandr Blok istifadə edib.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

skaz

rus. сказ – təhkiyə

Rus bılinalarının nağılçılar (skazitellər) tərəfindən reçitativ halında ifa olunan forması.

Qoqolun “Dikanka yaxınlığındakı xutor axşamları” əsəri S. üslubunda yazılıb.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

solesizm

lat. soloecismus

Fikri təhrif etməyən, lakin dil qaydaları baxımından xətalı nitq parçası.

S. termini antik ritorika ustaları tərəfindən Solo şəhərinin (yunanların Kiçik Asiyada, Kilikiyada müstəmləkəsi) adından yaradılıb. Şəhər Solonun hakimiyyəti dövründə Afinadan köçüb gəlmiş yunanlar tərəfindən salınıb, lakin onların sonrakı nəsilləri yerli əhali ilə qarışıraq qədim yunan dilinin təmizliyini itiriblər. Beləliklə, antik ritorikada qrammatik baxımdan düzgün olmayan ifadələr S. adlandırılıb. S.-lər üçün şifahi nitq, loru danışıq, dialektlər xarakterikdir, ədəbi dildə onlara yol verilmir. Buna görə də S.-dən bədii əsərlərdə qrammatik cəhətdən xətalı danışıq dilinin imitasiyası üçün üslubi fiqur kimi istifadə edilir; məsələn:

Ax!.. necə kef çəkməli əyyam idi,

Onda ki övladi-vətən xam idi! (M.Ə.Sabir)

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sonet

ital. sonetto < lat. sonus – səs

Avropa ədəbiyyatında geniş yayılmış 14 misralıq lirik şeir.

Orta əsrlərdə meydana çıxıb, öz klassik şəklini XIII əsrdə İtaliyada alıb. Klassik S. iki katrendən (dördmisralıq bənddən) və iki tersetdən (üçmisralıq bənddən) ibarətdir. Hər misrada yamb ölçüsündə beş və ya altı stopa olur. Klassik qafiyə quruluşu belədir: a.b.b.a, a.b.b.a, c.c.d, e.d.e. Lakin zaman keçdikcə bəndlərin quruluşunda başqa şəkillər ortaya çıxıb. Məsələn, İngiltərədə, xüsusən Şekspir yaradıcılığında S. 4+4+4+2 qaydası üzrə bəndlərə ayrılıb. Azərbaycan ədəbiyyatında S. janrına H.Cavid, M.Müşfiq, A.Babayev kimi sənətkarlar müraciət ediblər.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sonet çələngi

On beş sonetdən ibarət şeir forması.

S.Ç. müəllifdən müstəsna poetik ustalıq tələb edən mürəkkəb arxitektonikaya malikdir. Burada ikincidən başlayaraq hər bir sonetin birinci misrası özündən əvvəlkinin sonuncu misrasını təkrar edir. Madriqal və ya magistral adlanan on beşinci sonet isə müvafiq ardıcıllıqla ilk on dörd sonetin birinci misralarından ibarət olur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sosialist realizmi

Keçmiş SSRİ məkanında və digər sosialist ölkələrində rəsmən qəbul edilmiş, gerçəkliyi kommunizm ideologiyası ruhunda əks etdirən yaradıcılıq metodu.

Realizm” estetik anlayışını “sosialist” təyini ilə birləşdirən S.R. incəsənətdə forma, təmayül və istiqamət müxtəlifliyini daraldır, sənətkarları “partiyalı incəsənət” və ya “sosialist ideyalılığı” prinsipi kimi təqdim olunan siyasi tendensiyalılığa təhrik edirdi. Ədəbiyyat və incəsənətin həm məzmununu, həm də əsas bədii-struktur formalarını sosializm quruluşuna xas həyat ideallarının təsviri müəyyənləşdirirdi. S.R.-nin nəzəri bazasını 1930-cu illərin sonunda “xəlqilik”, 1950-ci illərdə “sosialist humanizmi” ideyaları və ya 1970-ci illərdə estetik baxımdan “açıq sistem” prinsipi ilə genişləndirmək cəhdləri anlayışın (S.R.) rəsmi statusunu və ideoloji təbiətini dəyişmədi. 1980-ci illərin sonlarında S.R. tarixi-ədəbi terminə çevrilib.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti