Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

reçitativ

ital. reçitative – deklamasiya

Vokal musiqidə avazlı nitq, deklamasiyaya yaxın ifa.

XVI–XVIII əsrlərdə operanın yaranması ilə əlaqədar meydana gəlib. Sonradan digər musiqi janrlarında – oratoriya, kantata, mahnı və s.-də istifadə olunmağa başlayıb. Musiqili dram əsərlərinin bitkin, irihəcmli səhnələri arasında bağlılıq yaratmaq və hadisələri şərh etmək üçün istifadə olunur.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

redaksiya

1. Əsərin müәllif və ya nəşriyyat tərəfindən nəşrə hazırlanan variantlarından biri.

Əsərin R.-sı yalnız üslub, süjet və ya kompozisiya deyil, ideya baxımından da fərqlənə bilər. Bir çox klassik əsərlər bir neçə müəllif və ya xəttat R.-sında mövcud olub. Onların araşdırılması və müqayisəsi mətnşünaslığın tədqiqat obyektlərindən biridir. Bәzәn müәllif çap olunub yayılmış әsәrini dә әsaslı surәtdә dәyişdirib onun yeni R.-sını yaradır. Məsələn, L.Tolstoyun “Hərb və sülh” romanının bir neçə adda R.-sı olub (“Dekabristlər”, “1805-ci il”). İ.V.Hötenin “Faust” әsәrinin iki R.-sı mәlumdur. Bəzi tənqidçilərin fikrincə, İsa Muğannanın “İdeal” romanı “Yanar ürək” romanının fərqli R.-sıdır. Klassik əsərlərin müxtəlif nəşriyyatlar tərəfindən hazırlanmış R.-ları çox zaman dövrün, senzuranın tələbi kimi meydana çıxır. Məsələn, “Qabusnamə”nin 1963-cü il R.-sında ermənilər haqqında deyilmiş parça 1982-ci il R.-sında ixtisar edilib.

2. Əsər nəşrə hazırlanarkən onun dili, üslubu üzərində iş aparan nəşriyyat şöbəsi.

R.-nın personalı, adətən, redaktorkorrektorlardan ibarət olur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

renqa

yap. – hərfi tərcümədə: “birgə poetik yaradıcılıq”

Qədim yapon lirik şeir janrı.

R. iki və daha çox bənddən ibarət olur. Birinci “başlanğıc” bənd 5-7-5 hecalı üç misradan ibarətdir və məhz o, sonralar xokku (haiku) janrının yaranması üçün əsas olub. R., əslində, tanka şeir formasının iki bəndə (3 və 2 misralıq) bölünməsidir. Bəzən onlar iki müxtəlif şair tərəfindən qoşulurdu; bir növ poetik dialoq alınırdı. Onu istənilən qədər davam etdirmək olardı və bu deyişmədə iştirakçıların sayı qeyri-məhdud idi. R. yaradıcılığında əvvəlki bəndlə mürəkkəb əlaqəni saxlamaq şərti ilə süjeti gözlənilmədən dəyişmək bacarığı yüksək qiymətləndirilirdi. Hesab edilirdi ki, bir-birinə bağlanmış bəndləri ilə R. hər şeyin qarşılıqlı əlaqədə olduğunu, dünyanın öz sonsuz dəyişmələrində vahidliyini ifadə edir.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

repriza

fr. reprise – təkrar, bərpa

Üslubi fiqur: əvvəl işlənən sözün sonrakı ifadədə və ya cümlədə təkrar olunması.

R. bədii nitqin hissələri arasında bağlılıq yaradan və mövzunu inkişaf etdirən açar sözü qabartmaq üçün istifadə olunur; məsələn:

Apardı könlümü bir xoş qəmər yüz canfəza dilbər,

Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər. (İ.Həsənoğlu)

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

resenziya

lat. recensio – qiymət

Ədəbi tənqidin əsas janrlarından biri, elmi və ya ədəbi-bədii əsər, tamaşa, konsert və s. haqqında tənqidi məqalə, rəy.

Hәcmcә çox da böyük olmayan R. mətbuatda dərc edilmək üçün yazılır. R.-da, adətən, son dövrün yaradıcılıq məhsulu olan ədəbiyyat, musiqi və incəsənət əsərlərinə, eləcə də elmi tədqiqatlara yığcam şәkildә qiymәt verilir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

rezonyor

fr. raisonner – mühakimə yürütmək

Hadisәlәrin inkişafında bilavasitә iştirak etmәyib әsәrdәki hadisәlәr, adamlar, tarixi dövr vә s. haqqında mühakimә yürüdәn şəxs.

R. antik dramda, komediyada, yaxud qәdim romanlarda bir çox hallarda uzun nitqlәr söylәyir. R.-un sözlәrindә müәllif bilavasitә öz fikrini ifadә edir. Klassisizm әsәrlәrinin, demәk olar, hamısında bu cür surәtlәrә tәsadüf olunur. Müasir dövrdə R. anlayışı fərqli mənada da işlənir. Əsәrboyu xüsusi gözәçarpan, lakin müәllifin fikirlәrini kifayәt qәdәr bәdii şәkildә ifadә edә bilmәyәn surәtlәrә müasir dövrdə R. adı verilir. Bu mәnada R. obraz yazıçı üçün qüsur kimi qəbul edilir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ddül-əz

Yaxın və Orta Şәrq poeziyasında şeir şәkillәrindәn biri.

R-Ə.-də dörd misradan ibarәt olan bәndin axırına cığatipli yarımmisra әlavә edilir. Hәmin misra özündәn әvvәlki misra ilə qafiyәlәnir vә yeni bәndin әvvәlindә olduğu kimi tәkrarlanaraq anadiplosis yaradır. Azərbaycan ədəbiyyatında çox az nümunələri vardır. XIX әsr Azәrbaycan şairlәrindәn Kazım ağa Salikin R-Ə.-ləri məlumdur:

Soğan, duz-çörəklə içək şərabı,

Qazi xəbər alsa, verək cavabı,

Yaxşı olur yemək toyuq kababı,

Əgər onda toyuq tapsaq bir mərək,

Tamam öldürək.

Tamam öldürək toyuğu, qazı,

Tərk eyləyək orucu, həm namazı,

Salik, işə salaq santuru, sazı,

Yıxılmış dünyaya həm vuraq dirək,

Çalaq dümbərək...

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti