yun. metron – meyar, ölçü vahidi
Antik poetikaya aid termin: mənzum əsərin ritminin əsasını təşkil edən şeir ölçüsü; vəzn.
Sillabik-tonik vəzndə M. stopanın növü və misrada stopaların sayı, heca vəznində misrada hecaların sayı, əruzda isə bəhrin növü ilə müəyyən edilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAçıq havada, camaatın gur yığıldığı yerlərdə oynanılan xalq tamaşaları.
Şərti olaraq dörd qismə bölünür: mərasim tamaşaları, kütləvi etno-mədəni oyun-tamaşalar, əyləncəli oyun-tamaşalar, dini-mistik xarakterli şəbih tamaşaları. M.T., əsasən, karvansaralarda, bazar içində, şəhər meydanında oynanılırdı.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətialm. meistersinger – ustad şair
XIV–XVI əsrlәrdə Almaniyada minnezingerlərin yerinə gəlmiş ustad şairlər.
Şeir yazmağı və mahnı oxumağı öyrәdәn xüsusi mәktәbləri olub. Bu məktəblərdə şagirdlərə kanonik tərzdə dini-didaktik mövzularda şeir yazmaq və oxumaq öyrədilirdi. Sonradan M. poeziyasında dünyəvi, hətta məhəbbət mövzulu şeirlər də yer almağa başladı.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBədii ifadəlilik məqsədilə həqiqi mənada deyil, oxşarlığı və ya əlaqəsi olan başqa bir mənada işlədilən söz və ya ifadə.
Əşya və hadisələri birbaşa deyil, dolayısı yolla, obrazlı şəkildə ifadə etmək bədii ədəbiyyata xas olan bir cəhətdir. Bu mənada M. leksik səviyyədə olan obrazlılıqdır. Burada sözlər öz ilkin (dominant, müstəqim) mənasında deyil, hər hansı əlamətə görə onunla bağlı olan məcazi mənada işlədilir. Sözün məcazi mənası məfhumlar arasında assosiasiya üzərində qurulur. Dəmir qapı birləşməsində dəmir sözü həqiqi, dəmir yumruq birləşməsində isə dəmir sözü “möhkəm”, “güclü” mənalarını bildirməklə məcaziləşib. Dilin tarixi inkişaf prosesində bəzən sözlərin məcazi mənaları dildə sabitləşərək çoxmənalılıq (məs.: insanın qolu, çayın qolu) yaradır. Lakin ədəbiyyatşünaslıqda M.-dan söhbət gedərkən sözün hələ lüğət ehtiyatına daxil olmamış yeni mənası nəzərdə tutulur (məs.: taleyin acı şərbətini içmək). Üslubi fiqurla yanaşı, M. da bədii ifadə vasitəsi sayılır. Bir sıra bədii ifadə vasitələri var ki, bəzi elmi mənbələrdə M.-a, digərlərində üslubi fiqura aid edilir.
Həmçinin bax:
Elmi tədqiqatın əsaslandığı yazılı abidə, sənəd, əsər və s.; mənbə.
Ədəbiyyatşünaslıqda, xüsusilə mətnşünaslıqda və evristikada M.-lərlə iş mühüm əhəmiyyət kəsb edir. Klassik əsərlərin ilkin variantının bərpası, yazıçı və şairlərin çap olunmamış yazıları, məktubları, yarımçıq əlyazmaları və müxtəlif arxiv sənədlərinin öyrənilməsi məxəzşünaslığın əsas araşdırma predmetidir. Ədəbi irs tarixinin qaranlıq səhifələrinin üzə çıxarılmasında bu cür araşdırmaların böyük rolu vardır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiYenicə yazmağa başlamış şairə təxəllüs vermiş ustad sənətkarın bu münasibətlə qələmə aldığı şeir.
Türk şairi Əşrəf paşa Əbdüllətif paşanın nəvəsi, sonralar məşhur türk şairi, dramaturqu və publisisti Kamala “Namiq” təxəllüsünü verməsi haqqında belə bir M. yazıb:
Həfidi-əkrəmi Əbdüllətif paşanın –
Kamal bəy ki, mücəssəm kəmaldır təhqiq,
Qəbul qıldı təvazölə nitqi-naçizim –
Edincə zatını “Namiq” təxəllüsün təşviq.
(Əbdüllətif paşanın, həqiqətən, ağıl-kamal mücəssəməsi olan əziz nəvəsi Kamala mən acizanə surətdə “Namiq” təxəllüsünü verdikdə o bunu təvazökarlıqla qəbul elədi.)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiEpistolyar formada (məktublar şəklində) yazılmış əsər; epistolyar ədəbiyyat.
XVIII əsrdə Fransada maarifçilərin yaradıcılığında formalaşıb və XIX əsrin sonu – XX әsrin әvvәllәrindә Azәrbaycan maarifçi әdәbiyyatının nümayəndələri tərəfindən istifadə edilib. Burada epistolyarlıqla bədiilik əlaqəli olur və mahiyyət etibarilə cəmiyyətin həyatı, ictimai problemlər və s. mövzularda subyektiv fikirlər irəli sürülür. M.-ın ədəbiyyatımızda ən mükəmməl nümunəsi M.F.Axundzadənin fәlsәfi traktat adlandırılan “Kәmalüddövlә mәktubları” әsәridir. Sultan Mәcid Qәnizadәnin “Mәktubati-Şeyda bәy” әsәri də M.-dır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti