Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

metonimiya

yun. metonymia – addəyişmə

Məcazın növlə­rin­dən biri: varlığın və ya hadisənin adının onunla məna ­bağ­lıl­ığı olan başqa bir ad və ya ifadə ilə əvəzlənməsi.

Me­to­nimiyadan çox zaman lakonizm məqsədilə istifadə olunur; məs.: Şəhər bütün gecəni yatmadı (şəhərin sakinləri nə­zərdə tutulur). Mənə də bir stəkan ver (bir stəkan su nəzərdə tutulur). Gecədir... Kənd yuxulu (S.Vurğun) nümunəsində “yuxulu” sözü metafor kimi də başa düşülə bilər, çünki canlı varlığı səciyyələndirən bu söz ilk baxışda məkan bildirən sözə aid edilib. Lakin burada “kəndin adamları” nəzərdə tutul­du­ğundan “kənd” sözünü metonimiya kimi qəbul etmək la­zımdır.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti