Azәrbaycan klassik poeziyasında müxəmməs və müstəzadın formal xüsusiyyәtlәrini özündə birləşdirən şeir şәkli.
M-M. müxәmmәsin hәr bәndinin sonuna yarım misra artırmaqla yaranır:
Bәzm içindә yüzündәn götürәn dәmdә niqabın,
Qanını lәbin şişәyә tutdu meyi-nabın,
Başına hәva gәldi qәdәhlәrdә hübabın,
Bitab düşüb saqi, nә mümkün verә tabın,
Yıxdın evini mәn kimi min xanәxәrabın,
Dәxi nә bәzәnmәk? (Ağa Mәsih Şirvani)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiər. – təkrar olunmuş
Qoşma və ya gəraylı janrının az təsadüf edilən spesifik forması.
M. şəklində yazılmış şeirin hər misrasının sonunda eyni söz üç dəfə tәkrarlanır. Bu tələb şeirdə yeni bir forma yaratsa da, çox zaman əsərin məna yükünü azaldır. Yәni M.-dә klassik gәraylı, yaxud qoşmadakı fikir dәrinliyinә imkan qalmır. M.-in sәslәnmәsi zamanı ifasında güclü ritmlik və ya intonasiya olur:
Mәhәmmәd, azca yat, yat, yat,
Var meraca, min at, at, at.
Cәbrayıl, durma get, get, get,
Gəlir avaza rәf, rәf, rәf. (Zabiti)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHadisə və varlıqların bənzərliyi və ya ziddiyyəti üzərində qurulmuş bir sıra üslubi fiqur və məcazların əsasını təşkil edən bədii üsul.
M.-də qarşılaşdırma, oxşatma elementləri bədii effekti, əyaniliyi, ekspressivliyi artırır. Nümunə: “Həqiqət – zirvədir, yalan – kor quyu...” (Xəlil Rza). Bu nümunədə antiteza müqayisə üzərində qurulub. Növbəti nümunədə isə M. bənzətmə şəklində təzahür edib:
Payızda yarpağa xal düşən kimi,
Düşür saçlarıma dən yavaş-yavaş.
(B.Vahabzadə)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMüxtəlif sənətkarlar tərəfindən işlədilən məşhur epitetlər.
Ədəbiyyatımızda, xüsusilə klassik poeziyada “şahbaz baxışlı”, “hindu xallı”, “kaman qaşlı” kimi tez-tez rast gəlinən epitetlər var ki, onların ilk dəfə kim tərəfindən işlənildiyini müəyyən etmək mümkün olmur.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHәr beyti bir dildә olan şeir forması.
Azәrbaycan şairlәri M.-ləri, әsasәn, üç dildә: әrәb, fars vә Azәrbaycan dillәrindә yazıblar. Bu formadan daha çox qəzəllərdə istifadə olunub. Bir misrası ərəb və ikinci misrası türk dilində olan beytlərə Füzuli divanında rast gəlinir. M. klassik poeziyadan aşıq әdәbiyyatına da keçib.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞərq, eləcə də Azərbaycan ədəbiyyatında iki tərəfin mübahisəsi üzərində qurulan şeir forması.
Müəyyən mənada deyişməni xatırladır. Əsərdəki obrazlar hansısa mövzuda mübahisəyə girməklə özlərini haqlı çıxarmağa çalışırlar. Lakin deyişmədən fərqli olaraq M.-nin finalında üçüncü tәrәf mübahisәyә qarışaraq münsiflik edir vә mübahisәyә yekun vurur. M.-lərin əksəriyyəti alleqorik əsərlərdir. M.-yə Əsədi Tusinin (XI əsr) “Gecə ilə gündüzün bəhsi”, “Yerlə göyün bəhsi”, M.Füzulinin “Meyvələrin söhbəti”, M.Ə.Sabirin “Ağacların bәhsi” əsərlərini misal göstərmək olar.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti1. Şairin müasirlərinə yazdığı məktublar toplusu.
Q.Zakirin M.F.Axundzadə, İ.Qutqaşınlı, X.B.Natəvan, Q.Orbeliani vә başqa müasirlәrinә yazdığı mәnzum məktublar mәcmusunu nümunə göstәrmәk olar.
2. Yüksək, dəbdəbəli üslubda yazılmış nəsr əsərləri məcmuəsi.
“Münşi” sözü “üslubu gözəl olan” deməkdir. M. orta əsrlərdə Şərqdə ayrıca bir ədəbi-tarixi, elmi-publisistik janr səviyyəsinə çatmış yaradıcılıq hadisəsi olub.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHər bəndi altı misradan ibarət klassik şeir forması.
Çox zaman gözәllik və mәhәbbәt mövzusunda yazılır. Adәtәn, 4-10 bәnddən ibarət olur. Son bәnddə müәllifin tәxәllüsü verilir. Qafiyә quruluşu a.a.a.a.a.a; b.b.b.b.a.a, c.c.c.c.a.a vә s. şəklindədir; məsələn:
Ol gül mənimlə həmdəm idi hər bahardə,
Gəh daməni-çəməndə, gəhi laləzardə,
Bülbül təki işim yox idi ahü zardə,
Seyyid ki, məskən etmiş idi kuyi-yardə,
Ezaz ilə bir Adəmi-cənnətməkan idi;
Dəmlər o dəmlər idi, zaman ol zaman idi. (S.Ə.Şirvani)
M. yazılı әdәbiyyatdan aşıq poeziyasına da keçib. Azәrbaycan aşıq şeirindә onun digər poetik formalarla sintez olunan növlərinə tәsadüf edilir (zəncirli-cığalı müsәddәs, cığalı müxәmmәs-müsәddәs və s.).
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiər. – üç hissə
Lirik növün janrı: hər bəndi üç misradan ibarət şeir.
Qafiyə quruluşu bəzən a.a.b, c.c.b, d.d.b, bəzən a.a.b, c.d.d, bəzən də a.b.a, c.d.c şəklində olur. M.Müşfiqin “Düdük sədaları” şeiri M.-dir:
Səhərlər uyar-uymaz üfüqlər bir xoş rəngə,
Tıxanır qulağımız sinirli bir ahəngə,
O zaman xəyalımız düdüklər coşmuş sanır.
***
Bir çılğın ürpərişlə bu hayqıran düdüklər,
Boynumuza həyatın ağır yükünü yüklər,
Nəhayət, hər tərəfdə gediş-gəliş başlanır...
***
Bəzən təbəssümlərlə cilvələr bulursunuz,
Bəzən tutqun gözlərin şahidi olursunuz.
Ey düdük sədaları! Ey düdük sədaları!
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏrəb, fars və tacik ədəbiyyatında hər bəndi 11 misradan ibarət olan şeir forması.
M.-də 5, 7, 9 və daha çox bənd olur. Birinci bəndin bütün misraları eyni qafiyəli olur. Sonrakı bəndlərin 10 misrası öz arasında, 11-ci misra isə birinci bəndlə qafiyələnir. XVIII əsr Azərbaycan şairi Məhcur Şirvaninin “Gəl, vəqtidir” rədifli şeiri M. janrındadır.
Ey həbibim, həsrətindən çıxdı can, gəl, vəqtidir,
Ey büti-növrəstə, şuxi-mehriban, gəl, vəqtidir.
Ey müəttər qonçeyi-baği-cəhan, gəl, vəqtidir.
Ey yüzi gül, kakli ənbərfəşan, gəl, vəqtidir.
Ey xoşəlhan, tutiyi-şəkkərzəban, gəl, vəqtidir.
Ey nihali-qaməti sərvi-rəvan, gəl, vəqtidir.
Ey bizimlə həmdəmi-yari-canan, gəl, vəqtidir.
Ey camalı mahtab, əbrukaman, gəl vəqtidir.
Ey kərəmlü xosrovü-ələmkan, gəl, vəqtidir.
Ey gözü cəllad, əli peyvəstə qan, gəl, vəqtidir.
Ey gözəllik mülkünün təxtinə xan, gəl, vəqtidir...
***
Yığdılar bazari-eşqi əhli-sevda, getdilər.
Dərdü-qəm tərkün qılıb, pakü müərra getdilər.
Qaldılar bidərdlilər, həmdərdü həmta, getdilər.
Gördülər dəhrin vəfasın, cümlə hərca getdilər.
Rövnəq arayış olub, bazari-dünya getdilər.
Vamiqi-qərqi-bəla, Fərhadi-şeyda getdilər.
Vərqəvü Gülşa ilə Məcnuni-rüsva getdilər.
Dözməyib ol firqətə Şirnü-Leyla getdilər.
Bir dəxi dövran dönüb Yusif, Züleyxa getdilər.
Qoydular Məhcuru tək, məzlumi-tənha getdilər.
Ey gözəllik mülkünün təxtinə xan, gəl, vəqtidir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti