Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

epistolyar əsər

Məktub şəklində yazılmış əsər.

Hələ antik dövrdən geniş yayılmış epistolyar əsərlər  sənətkarın öz fi­kirlərini və ya həyatda gördüklərini ifadə etmək tərzidir. Belə əsərlər məktublaşma və ya müəllifin kiməsə məktubu şəklində yazılır. Bu forma sənətkara öz fikirlərini daha sərbəst və səmimi şəkildə ifadə etməyə, yeri gəldikdə danışıq üslubundan istifadə etməyə  imkan verir. Epistolyar əsər roman, povest, hekayə, şeir və s. janrlarda ola bilər. Azər­baycan ədəbiyyatında Q.Zakirin M.F.Axundzadəyə yazdığı “Vilayətin məğşuşluğu haqda” şeiri epistolyar səciyyəlidir.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti