Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

tələffüz

ər.

1. İnsanın bir hərfi, sözü və ya cümləni söyləmə xüsusiyyəti; yazılı ­mət­ni oxu tərzi.

Sözlərin aydın, uyğun ­in­­to­nasiya və orfoepik normalara əməl ­et­məklə T.-ü nitq mədəniyyətinin əsas ­ele­ment­lərin­dəndir. Diktor, aparıcı, aktyor və s. nitqi üçün çox vacib olan T. xüsusi məş­ğələlər vasitəsilə təkmilləşdirilir. 

2. Müxtəlif xalqlar, etnik qruplar, sosial tə­bəqələrin eyni hərf­ləri, sözləri söyləmə və oxu tərzi.

Hətta kiçik ölkədə insanın T. tərzindən asılı olaraq onun hansı şə­hərdə, rayonda böyüdüyünü, yaxud ya­şadığını müəyyənləşdirmək olur.

Jurnalistika terminləri lüğəti

tənqidçi

İxtisaslaşdığı sahədə, o cüm­lədən mətbuat və televiziya yaradıcılığı sahəsində geniş bilik və təcrübəyə malik, tənqidlə da­vamlı məşğul olan mü­tə­xəssis.

Araş­dır­dığı, müsbət və mənfi xüsu­siy­yətlərini üzə çıxardığı sahədə çalışanları öz rəyi ilə he­sablaşmağa sövq etmək üçün T. dərin bilik və təcrübəsindən başqa, obyektivliyi, qə­rəzsizliyi ilə də seçilməlidir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

tənqidə görə təqib

Yazdığı materiallara, apardığı araşdırmalara, etdiyi çıxışlara və tənqidi rəylərinə görə şəxsin, kütləvi informasiya vasitəsinin davamlı təzyiqlərə mə­ruz qalması.

T.G.T. şəxsin mediaya çıxış, KİV-in yayım imkanlarını daraltmaq, onları gəlirdən məhrum etmək, gözdən salmaq, ictimai qınaq obyektinə çevirmək cəhd­lə­rində özünü göstərir, həmçinin hədə­ləmək, qorxutmaq, fiziki təzyiqə mə­ruz qoymaq, davamlı olaraq məhkəmələrə cəlb etmək, azadlığı məhdudlaşdırmaq və s. formalarda həyata keçirilir.

Jurnalistika terminləri lüğəti

tərəfkeşlik

Medianın obyektivlik prinsi­pini pozaraq münaqişə, mübahisə, siyasi mü­barizə iştirakçılarından birinin tərəfini sax­laması, kimə isə aşkar rəğbət nümayiş etdirməsi.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti