Hər hansı materialda hüquqları pozulmuş, yaxud hüquqlarının pozulduğunu iddia edən şəxsin həmin materialla əlaqədar göndərdiyi cavabı yaymaqdan kütləvi informasiya vasitəsinin imtina etməsi.
Cavab rədd edildikdə KİV redaksiyası bu barədə onu göndərmiş şəxsə 3 gün müddətində məlumat verməli və qərarını əsaslandırmalıdır. Qanunvericilikdə C.R.E.-nə yalnız aşağıdakı hallarda yol verilir: cavab məhkəmənin qanuni qüvvəyə minmiş qərarına ziddirsə; imzasızdırsa; həmin məlumat barədə KİV-də artıq təkzib verilmişdirsə; cavabın mətni cavabı verilən məlumatın həcmindən iki dəfədən çoxdursa; məlumatın yayılmasından 1 aydan çox müddət keçmişdirsə.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti