ər. – məhdudlaşdırma
1. Bir şəxsin və ya şəxslər qrupunun, müəssisənin, dövlətin müəyyən sahədə müstəsna hüquqa malik olması.
2. Təsərrüfat subyektlərinin, hakimiyyət və idarəetmə orqanlarının rəqabətə yol verməməyə, onu məhdudlaşdırmağa, yaxud aradan qaldırmağa yönəldilmiş fəaliyyəti.
Azərbaycan qanunvericiliyi dövlətin üzərinə KİV məhsullarının istehsalı və yayımı sahəsində İ.-ın və haqsız rəqabətin qarşısını almaq vəzifəsi qoyur, bu məqsədlə konkret normalar müəyyənləşdirir. Kabel şəbəkəsi ilə yayım və xarici ölkələrə yayım istisna olmaqla bir teleradio yayımçısının televiziya ilə iki, radio ilə üç proqramdan artıq yayımla məşğul olması qadağan edilir. Fiziki və hüquqi şəxslərə yalnız bir teleradio yayımının təsisçisi (həmtəsisçisi) olmaq hüququ verilir.
Jurnalistika terminləri lüğəti