1. Şəxsin, sosial qrupun, kollektivin siyasi hakimiyyət sistemində müəyyən mövqe tutmaq istəyi, yaxud bu mövqedə olanları dəstəkləməyə yönəlmiş fəaliyyəti.
Kütləvi informasiya vasitəsi redaksiyasının S.M.-ı korporativ maraq (məsələn, KİV haqqında qanunvericiliyi dəyişdirmək), yaxud qrup marağı (məsələn, bağlı olduğu partiyanı təbliğ etmək) formasında özünü büruzə verə bilər. Əksər etika kodeksləri, o cümlədən Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları media işçilərini şəxsi və qrup S.M.-larından çəkinməyə, siyasi təşkilatlara üzv yazılma-mağa, onların rəhbər orqanlarında vəzifə tutmamağa, siyasi təşkilatlardan mükafat almamağa çağırır.
2. Siyasət subyektlərini hərəkətə gətirən başlıca hərəkətverici qüvvə, stimul.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. pluralis – çoxlu
1. Müxtəlif əhali qruplarının öz siyasi baxışlarını, siyasi maraqlarını qoruyub saxlamaqla birgə inkişaf etdikləri cəmiyyətin quruluş prinsipi.
Bu prinsip dövlətdən siyasi qüvvələrin müxtəlifliyinə, onların dövlət idarəetmə orqanlarında təmsilçilik uğrunda ədalətli rəqabət aparmalarına şərait yaratmağı tələb edir.
2. Hər hansı məsələdə, problemə yanaşmada fərqli siyasi baxışların, siyasi fikir müxtəlifliyinin mövcudluğu və onların ortaya çıxarılması imkanı.
3. Kütləvi informasiya vasitələrindən cəmiyyətdə mövcud olan siyasi müxtəlifliyi, hər hansı məsələdə, problemə yanaşmada fərqli siyasi baxışları əks etdirməyi tələb edən fəaliyyət prinsipi.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiCəmiyyətin və ya onun bir hissəsinin siyasi davranışını istiqamətləndirmək, siyasi baxışlarını formalaşdırmaq, yaxud dəyişdirmək məqsədi daşıyan reklam.
S.R. partiyaların, dövlət orqanlarının, siyasi həyatda iştirak edən ictimai təşkilatların (şəxslərin) addımlarını, ideyalarını, mühüm məsələlərə münasibətini yaymaq, onların təbliğatını aparmaq üsulları və vasitələrinin cəmidir. S.R., əsasən, cəmiyyətdə böyük siyasi kampaniyalar həyata keçirilən dövrlərdə (seçki, referendum) vüsət alır, kommersiya xarakteri daşımır, lakin, demək olar, kommersiya reklamı ilə eyni texnologiyalardan yararlanır. Bu iki reklam tipi arasında başlıca fərq onların məqsədindədir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiSiyasi proseslərin, ictimai həyatda baş verən mühüm hadisələrin araşdırılması, onlara izah verilməsi sahəsində ixtisaslaşan jurnalist, yaxud politoloq.
Mediada S.Ş.-lərin hər hansı partiya mənsubiyyətinin, siyasi təəssübkeşliyinin olmamasına xüsusi fikir verilir. Bu, auditoriyanın etimadını qazanmaq baxımından böyük əhəmiyyət kəsb edir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. scanner < scan – nəzərdən keçirmək
1. Mətnlərin, foto və ya qrafik təsvirlərin, lentin üzərindəki informasiyanın kompüterin yaddaşına klaviaturasız köçürülməsini təmin edən optik qurğu.
S. mətni, təsviri təhlil edərək rəqəmsal formata çevirir və fayl şəklində kompüterə ötürür.
2. Şəbəkə kompüterlərinin təhlükəsizlik sistemində zəif yerləri aşkar etmək üçün proqram.
3. Müəyyən tezliklərdə, yaxud diapazonda yayımlanan radio və televiziya verilişlərini tapmaq üçün axtarış sistemi, radioqəbuledici.
4. Adətən, eyni mövzunun müxtəlif aspektlərinə həsr olunmuş qısa süjetlərdən ibarət televiziya proqramı.
5. Ştrix-kodlarda şifrlənmiş məlumatları oxumaq üçün cihaz.
Jurnalistika terminləri lüğətiing. slide – sürüşmək, yerindən tərpənmək
1. İşığa tutaraq baxmaq, yaxud işıq şüası vasitəsilə ekrana salmaq üçün şəffaf material (lent, şüşə və s.) üzərində pozitiv təsvir, diapozitiv.
S.-ı ekranda nümayiş etdirmək üçün proyektor adlanan cihazdan istifadə olunur.
2. Şəffaf material (lent, şüşə və s.) üzərində pozitiv təsvirin işıq şüası vasitəsilə ekrana salınması üsulu.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. slang – slenq. Terminin mənşəyi qeyri-müəyyəndir; nisbətən geniş yayılmış fərziyyəyə görə, o, Norveç dilində slengenamn – «ləqəb» anlayışından törəyib
Peşə, yaş, sosial əlamətlərinə görə fərqlənən müxtəlif əhali qruplarının dili üçün səciyyəvi yeni sözlərin, yaxud yeni məna kəsb edən köhnə sözlərin cəmi.
S. termini çox vaxt «dialekt», «jarqon», «vulqarizm», «danışıq dili» anlayışları ilə eyniləşdirilir. Əslində, S. anlayışı nitqin ədəbi dil normalarına uyğun gəlməyən bütün elementlərini əhatə edir, bir əhali qrupunun dilindən digər əhali qrupunun dilinə keçə bilir. Jurnalistikada, xüsusən yeni mediada kompüter şəbəkələrində S.-lərdən geniş istifadə olunur, beləliklə, onlar dildə «kök salır».
Jurnalistika terminləri lüğətiing. slogan < to slog – güclü vurğulamaq
1. Reklam ideyasının qısa, parlaq, yaddaqalan ifadəsi, reklam devizi.
S. – reklam yaradıcılığında xüsusi yer tutur, o yalnız məhsulun satışına deyil, həm də şirkətin imicinə təsir göstərir. Bir çox KİV redaksiyalarının öz S.-ları var; məsələn, «Эхо Москвы» radiokanalının «Radioya qulaq asın, qalan hər şey görüntüdür», «Ekonomist» jurnalının «Mən heç vaxt «Ekonomist» oxumamışam». Menecer-stajçı. 42 yaş» S.-ları ən uğurlu media devizlərindən saylır. S. ingilis dilində XIX əsrin 80-ci illərində yaranmış termin olsa da, mütəxəssislərin fikrincə, onun mənşəyi qədim qalların işlətdikləri sluagh-ghairm (döyüşə çağırış) ifadəsi ilə bağlıdır.
2. Bax: şüar.
Jurnalistika terminləri lüğətiing. smart – ağıllı + mob – kütlə
Yeni kommunikasiya texnologiyalarının yaratdığı imkanlardan istifadə edərək sosial cəhətdən təşkilatlanmış insan qrupu.
Bu qrupun üzvləri simsiz rabitə vasitələri ilə əlaqəyə girir, bir yerə toplaşır və qısamüddətli kollektiv aksiya keçirirlər. Termin amerikalı sosioloq Hovard Reynqoldun «Ağıllı kütlə: yeni sosial inqilab» kitabında (2002) təklif olunub. Fləşmob – S.-un formalarından biridir, bununla belə, çox vaxt mediada S. termininin sinonimi kimi işlədilir.
Jurnalistika terminləri lüğətiing. Short Message Service – «qısa mesaj xidməti» sözlərinin baş hərflərindən ibarət abreviatura
Mobil rabitə sistemində geniş yayılmış, telefonla qısa mesajların ötürülməsini və qəbul olunmasını təmin edən texnologiya.
SMS texnologiyası GSM standartının tərkib hissəsi kimi yaradılıb, ilk dəfə 1992-ci il dekabrın 3-də İngiltərədə sınaqdan çıxarılıb: Vodafone şirkətinin GSM şəbəkəsində fərdi kompüterdən mobil telefona «Milad bayramınız mübarək» mesajı göndərilib. Cellular Telecommunications Industry Association (CTIA) təşkilatının hesabatına görə, 20 il ərzində bu xidmətdən yararlananların sayı mobil telefon istifadəçilərinin 40%-ni təşkil edib.
Jurnalistika terminləri lüğəti