lat. series – sıra
Vahid fabulası, eyni qəhrəmanları və müxtəlif süjet xətləri olan çoxhissəli televiziya filmi, radio verilişi.
S.-ın hər hissəsi bitkin süjetə malik ola, yaxud sonda kulminasiya nöqtəsinə çataraq yarımçıq kəsilə, növbəti hissədə davam etdirilə bilər. Sənədli filmlərdən ibarət S.-lar (məsələn, BBC şirkətinin heyvanlar, təbii fəlakətlər, dünya xalqları haqqında S.-ları), əsasən, birincilərə, bədii S.-lar isə, əsasən, ikincilərə aiddir. Bədii S.-ların nümayişi aylarla, illərlə, bəzən onilliklərlə davam edir. «Ginnesin rekordlar kitabı»na düşmüş «Yol göstərən işıq» S.-ı ABŞ-da yarım əsrdən çox (1952–2009) nümayiş etdirilib, onun 15.782 seriyası olub.
See also:
Jurnalistika terminləri lüğətiing. server < serve – xidmət etmək
1. Kompüter şəbəkəsi sistemində şəbəkə resurslarını saxlamaq və paylamaq funksiyasını yerinə yetirən yüksək konfiqurasiyalı bilgisayar.
Avadanlıq komplekslərinin tərkibində ayrı-ayrı funksiyaların yerinə yetirilməsi üçün nəzərdə tutulmuş S.-lər də ola bilər; məsələn: fayl-server (faylların yığılması və böyük həcmdə informasiyanın saxlanması üçün), print-server (printerin eyni zamanda çoxlu istifadəçi tərəfindən istismarını təmin etmək üçün) və s.
2. Müştərinin müraciəti əsasında ona müxtəlif resurslardan və xidmətlərdən istifadə etməyə imkan verən proqram təminatı.
See also:
Jurnalistika terminləri lüğətiing. server < serve – xidmət etmək
Müştərilərin serverlərinin idarə olunmasını üzərlərinə götürən, yaxud onlara öz server klasterlərindən və resurslarından istifadə imkanı verən şirkətlərin göstərdiyi ödənişli xidmət.
Bu xidmətə müştərinin müvafiq proqramlarla, bəzən köməkçi avadanlıqla təmin edilməsi, serverlərdən istifadə sahəsində yaranan problemlərin operativ həlli və s. daxildir.
Jurnalistika terminləri lüğətiÜnvanlandığı auditoriyanı səylərini eyni istiqamətə yönəltməyə, habelə onu hər hansı məsələ ilə əlaqədar müsbət, yaxud mənfi xarakterli birgə hərəkətlərə sövq edən məlumat.
Misal: «Ana dilimizdə çıxan qəzetin böyük tərbiyəvi və səfərbəredici əhəmiyyəti vardı» (R.Rza).
Jurnalistika terminləri lüğəti1. Qəzet, jurnal, kitab, dəftər və s. vərəqinin bir üzü.
2. Materialın ölçü vahidi.
3. Bax: veb-səhifə.
4. Məcazi mənada: nəyinsə inkişafında bir mərhələ, fraqment.
Misal: «Nəcəf Nəcəfovun qəzeti Azərbaycan mətbuatı tarixində yeni səhifə idi» (B.Vahabzadə).
Jurnalistika terminləri lüğəti1. Qəzetin, jurnalın, kitabın, dəftərin səhifələrini bir-bir çevirmək.
2. Mətbəədə, kompüterdə yığılmış mətni orijinal-maket əsasında standart səhifələrə ayırmaq, səhifə bağlamaq.
3. Yazılı mətnin səhifələrini sıra ilə nömrələmək.
4. Məcazi mənada: nəyi isə hissə-hissə xatırlamaq; məs.: ömür yolunu səhifələmək.
Jurnalistika terminləri lüğətiHər hansı fərd və ya qurum tərəfindən rəsmi qaydada təyin olunmuş, onları təmsil edərək adlarından danışmaq, qərar qəbul etmək, əməli iş görmək hüququna malik fiziki, yaxud hüquqi şəxs.
KİV-də yayılmış şərəf və ləyaqəti ləkələyən, böhtan və təhqir xarakterli məlumatlarla əlaqədar cavab vermək, təkzib, yaxud düzəliş tələb etmək hüququndan bu məlumatın aid olduğu şəxslərlə yanaşı, onların S.N.-sinin də yararlanması mümkündür.
See also:
Jurnalistika terminləri lüğətiMülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda daimi və ya müvəqqəti vəzifə tutan və ya üzərinə qoyulmuş öhdəlikləri xüsusi tapşırıq əsasında icra edən şəxs.
Qanun S.Ş.-lərə müəyyən olunmuş qaydada hüquqi əhəmiyyətli hərəkətləri etmək ixtiyarı verir. KİV haqqında qanunvericilikdə bu terminə tez-tez rast gəlinir; məs.: informasiya sorğularına yalnız S.Ş.-lər cavab verə bilərlər.
See also:
Jurnalistika terminləri lüğəti1. Üzərində bir faktı təsdiq, bir şeyə olan hüququ sübut edən informasiyanın əks olunduğu, müvafiq rekvizitlərə (təsdiq edənin adı, tarix və s.) malik maddi daşıyıcı.
S.-lər təyinatına (daxili, yaxud normativ S., arayış və s.) və formasına (yazılı, elektron, qrafik, audiovizual S. və s.) görə fərqlənir, jurnalistikada faktın doğruluğunu yoxlamaq üçün ən mühüm mənbələrdən birini təşkil edir.
2. Təqdim edənin şəxsiyyətini təsdiqləyən vəsiqə.
See also:
Jurnalistika terminləri lüğətiMüvafiq rekvizitlərə (təsdiq edənin adı, tarix və s.) malik maddi daşıyıcı üzərində əks olunmuş, bir faktı təsdiq, yaxud bir şeyə olan hüququ sübut edən məlumat.
S.İ. məzmunundan, mənbəyindən, saxlanma yerindən, statusundan, mülkiyyət növündən asılı olaraq ictimai istifadə, daxili istifadə, yaxud saxlanmaq üçün hazırlanır.
See also:
Jurnalistika terminləri lüğəti