Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

internet debatları

Uzaq məsafədən kommunikasiya texnologiyaları vasitəsilə hə­ya­ta keçirilən debat formatı.

Belə İ.D.-nda istifadəçilərdən biri (bir qrupu) digərinin (digər qrupun) tezislərini sürətli qısa me­sajlarla təkzib edir, yaxud eyni məsələyə dair qarşılıqlı zidd fikirlərini arqu­ment­ləş­dirməyə (əsaslandırmağa) çalışır.

Jurnalistika terminləri lüğəti

internet resursları

İnternet şəbəkəsinin bütün elementlərinin (sayt, elektron poçt və s.), veb-texnologiyalardan istifadə edən informasiya sistemlərinin cəmi.

Jurnalistika terminləri lüğəti

internet yayımı

1. Səsli və görüntülü materialların, proqramların internet vasi­təsilə istifadəçilərə ötürülməsi prosesi.

2. İnternet-nəşrlərin,­ ­ya­xud çap məhsullarının elektron va­ri­ant­larının istifadəçilərə çatdırılması prosesi.

See also:

Jurnalistika terminləri lüğəti

internetdə paylaşma

İstifadəçinin hər hansı informasiyanı və ya faylı elektron poçt, yaxud sosial şəbəkə vasitəsilə əla­qədə olduğu qrupun üzvləri arasında yay­ması prosesi.

Jurnalistika terminləri lüğəti