Dövri mətbu nəşrlərlə eyni funksiyaları yerinə yetirən veb-sayt. Bura internet-qəzetlər, internet-jurnallar və s. daxildir.
Onların bir çoxu məzmun və dizayn elementləri ilə mətbu nəşrlərdən az fərqlənir, lakin operativliyinə, yayım imkanlarının genişliyinə görə onları üstələyir, istifadəçilərə əlavə xidmətlər təklif edir. XXI əsrin əvvəlində dünya iqtisadi böhranından sonra bir sıra çap KİV, o cümlədən transmilli nəşrlər də yalnız elektron variantda dərc olunmağa başlayıb.
Jurnalistika terminləri lüğəti