Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

provayder

ing. provider – təchiz edən

Hüquqi və fiziki şəxsləri internetə girişlə təmin edən, internet istifadəçilərinə kompleks xidmətlər göstərən təşkilat.

P. ­ra­bitə kanalları və şəbəkələri, internet ava­danlığının sahibi olur, yaxud onları icarəyə götürərək kommersiya şərtləri ilə hissə-hissə istifadəçilərə satır. P.-lərin gös­tər­dikləri xidmətlərə internetə genişzolaqlı giriş, hostinqlərin ayrılması, elektron poçt serverlərinin fəaliyyətinin təmin edilməsi, saytların yerləşdirilməsi üçün serverlər ica­rəyə verilməsi və s. daxildir.

Jurnalistika terminləri lüğəti