Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

arxiv

lat. archivum – saxlanc yeri

1. İstifadə edilmiş sənədlərin, o cümlə­­dən qəzetlərin, jurnalların, verilişlərin komp­­lekt­ləş­diril­mə­sini, uçotunu, müha­fi­zəsini və yenidən isti­fadəsini həyata ke­çirən dövlət təşki­lat­ları və ya idarələrinin, redaksiyaların struktur böl­mələri.

2. Hər hansı şəxsin həyat və fə­aliyyətinə dair sənədlərin (əlyazmaların, məktubların, şəkillərin və s.) saxlandığı yer, habelə bu sənədlərin toplusu.

3. Bir çox faylların, video və fotomaterialların rəqəmsal formatda saxlandığı server.

Jurnalistika terminləri lüğəti