Gerçəklikdə baş vermiş hadisə; real vəziyyətə tam uyğun olan fikir, təsəvvür.
Fəlsəfi baxımdan obyektiv gerçəkliyin insan şüurunda düzgün inikası sayılan H.-ə xidmət jurnalistikanın əsas prinsiplərindəndir. Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarının ilk maddəsi bu haqdadır: «Jurnalistikanın ali məqsədi H.-i yaymaqdır». Qaydalar media işçilərindən «qeyri-rəsmi mənbələrin məlumatlarını onların H.-ə uyğunluğu yoxlanılmadan» yaymamağı tələb edir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiGerçəkliyi düzgün əks etdirməyən və ya bilərəkdən təhrif olunaraq qərəzli məqsədlərlə yayılan informasiya.
H.O.M.-ların yayılmasına görə jurnalistlər və redaksiyalar məsuliyyət daşıyır. Belə məlumatların aid olduğu fiziki və hüquqi şəxslərin onlara düzəliş, təkzib verilməsini tələb etmək, yaxud birbaşa məhkəmədə iddia qaldırmaq hüququ var. Jurnalistin akkreditədən keçdiyi təşkilat haqqında H.O.M.-lar yaydığı məhkəmə təsdiqini taparsa, o, akkreditədən məhrum edilə bilər. Lakin qanunda nəzərdə tutulmuş bəzi hallarda yalan məlumat yaymış KİV və jurnalistlər buna görə məsuliyyətdən azad edilirlər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiJurnalistin, medianın məlumatları auditoriyaya təhrif edilmədən çatdırmaq öhdəliyi, gerçəkliyin jurnalistdən və onun şüurundan asılı olmayaraq KİV materiallarında düzgün əksi.
H. və «həqiqət» anlayışları arasında bir çox hallarda fərqlər yaranır; məsələn, həqiqəti bilmək üçün hər hansı siyasi xadimin söylədiyi fikrin mahiyyətini araşdırmaq tələb olunursa, H.-i təmin etmək üçün həmin fikrin deyildiyi formada, təhrifsiz yayılması kifayətdir. Yəni H. fikir və rəylərin həqiqəti əks etdirib-etdirməməsindən asılı olmayaraq səsləndikləri kimi auditoriyaya çatdırılmasında təzahürünü tapır. Onların həqiqətə nə dərəcədə uyğun gəldiyini isə auditoriya özü müəyyənləşdirir. Buna görə də əksər peşə kodekslərində məhz H. jurnalistikanın ümdə prinsiplərindən biri elan edilir. BBC-nin jurnalistika məktəbinin tədris vəsaitləri kodekslərin «H. və dəqiqlik» tələbini «yalan danışmamaq» öhdəliyi ilə əvəz etməyi mümkün sayır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiBirgə əməyin məhsulu olan əsərin (kitab, məqalə, ssenari, film, veriliş və s.) yaradılmasında şərikli iştirak etmiş şəxslərdən hər biri.
Azərbaycan qanunvericiliyində H. termini əvəzinə onun sinonimi olan «şərik müəllif», yaxud «şərikli müəllif» anlayışlarından istifadə olunur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiÖlkənin hərbi təhlükəsizlik və müdafiə məsələlərini, o cümlədən hərbi əməliyyatları, silahlı münaqişələri işıqlandıran jurnalistika sahəsi.
Bu çox həssas, xüsusi bilik və vərdişlər, texniki bacarıqlar tələb edən sahə olduğu üçün hərbi jurnalist kadrlarının hazırlanması üzrə ixtisaslaşan tədris müəssisələri, treninq mərkəzləri var. Hərbi jurnalistlərin fəaliyyətini tənzimləyən, onların müdafiəsini təmin edən bir sıra beynəlxalq konvensiyalar da mövcuddur. Bir qayda olaraq, hərbi jurnalistlərin ayrıca, daha detallı şəkildə işlənmiş peşə etikası kodeksləri olur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiDövlət tərəfindən xüsusi mühafizə olunan və mətbuatda açıqlanması qadağan edilən hərbi xarakterli məlumatlar.
H.S. – dövlət sirrinin əsas tərkib hissəsidir. Azərbaycan qanunvericiliyinə görə, H.S.-lərə aiddir: silahlı birləşmələrin quruculuq planları; strateji və əməliyyat planları; döyüşü idarəetməyə dair sənədlər; silahların və hərbi texnikanın inkişafının istiqamətləri, taktiki-texniki xarakteristikaları; xüsusi əhəmiyyətli obyektlərin yeri, təyinatı, müdafiə olunma dərəcəsi; qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu; şəxsi heyətinin sayı və s. haqqında informasiyalar.
Jurnalistika terminləri lüğətiing. hashtag < hash – barmaqlıq + ing. tag – işarə
İnternetdə və sosial şəbəkələrdə eyni mövzuda olan məlumatları, statusları işarələmə qaydası, onları qruplaşdırmaq üsulu.
H. xüsusi simvoldan (#) və açar sözdən ibarətdir (məs.: #texnika, #mədəniyyət). Ondan istifadəçilərin yaratdığı statuslara məlumat əlavə etmək, kontekst artırmaq üçün istifadə olunur.
Jurnalistika terminləri lüğətiKameraya düşən şəxsə hiss etdirmədən çəkiliş aparılması prinsipi.
H.Q.Y. – «gizli kamera» ilə çəkiliş üsulunun yarandığı 1920-ci illərdə ona verilmiş addır. Bu metodun nəzəriyyəsini hazırlayan və ilk olaraq tətbiq edənlərdən biri, sovet dokumentalisti Dziqa Vertov (əsl adı David Kaufman) adi halda diqqəti cəlb etməyən həyat səhnələrini «yaxalamaq» üçün kameranı lokomotivə, hərəkət edən maşına bərkidir, bəzən bazarda, yeməkxanada, məktəbdə gizli çəkilişlər aparırdı. O yazırdı: «Mən – kinogözəm. Mən mexaniki gözəm. Mən dünyanı yalnız özüm görə biləcəyim tərzdə sizə təqdim edən maşınam». Vertovun fikrincə, «kinogöz» həyatı olduğu kimi təqdim etmək, süniləşdirməmək üçün onu qəflətən yaxalamalıdır.
Jurnalistika terminləri lüğətiing. hyper – artıq, üstün
Televiziyada reklam kliplərinin göstərilmə, radioda səsləndirmə tezliyinin artırılması.
H. reklamın istehlakçıya təsirini gücləndirmək məqsədi daşıyır, lakin heç də həmişə sifarişçisinin gözlədiyi effekti vermir və bəzən telekanalın (radiokanalın) auditoriyasının bir qisminin itirilməsi ilə nəticələnir.
Jurnalistika terminləri lüğətiing. hyper – artıq, üstün + ing. link – əlaqə, keçid
Hipermətndə hər hansı mətn blokunu digər blokla, yaxud veb-saytın başqa səhifəsi ilə əlaqələndirmək üçün seçilmiş obyekt, istinad.
H.-dən istifadə mətnin hissələri, səhifələr arasında keçidi sürətləndirmək, axtarışı tezləşdirmək imkanı verir. Ayrıca söz, cümlə, yaxud qrafik obyekt H. rolunu oynaya bilər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. hyper – artıq, üstün + lat. medium – ara, vasitəçi
İnformasiyanın emalı və strukturlaşdırılmasına xidmət edən, habelə bu strukturun ayrı-ayrı hissələri arasında əlaqə yaratmaqla bir elementdən digərinə keçid imkanı verən mürəkkəb texnologiya.
Bu termini elmə 1965-ci ildə informasiya texnologiyaları üzrə amerikalı mütəxəssis Ted Nelson daxil edib. H. eyni zamanda müxtəlif mətn, qrafika, səs, görüntü, video elementlərinə, istinadlar sisteminə, çoxsaylı keçid imkanlarına malikdir. O, «hipermətn»ə nisbətən xeyli geniş, «multimedia»ya daha yaxın anlayışdır. Ümumdünya hörümçək toru (www) H.-ya misal ola bilər.
Jurnalistika terminləri lüğətiing. hyper – artıq, üstün
Bir-biri ilə əlaqəli müxtəlif hissələrdən ibarət olan, başqa sənədlərə, səhifələrə keçid imkanı yaradan çoxqatlı mətn.
H. məlumatı çox geniş formada, hərtərəfli qavramağa imkan verən mürəkkəb sistemdir. İzahda hər bir sözün eyni zamanda başqa məqaləyə istinad rolu oynadığı elektron lüğətlər, ensiklopediyalar H.-ə sadə misaldır. Terminin yaradıcısı, informasiya texnologiyaları üzrə amerikalı mütəxəssis Ted Nelson H.-i «öz-özünə şaxələnən və sorğulara cavab verən mətn» adlandırmışdı.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti