Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

hipermətn

ing. hyper – artıq, üstün

Bir-biri ilə əlaqəli müxtəlif hissələrdən ibarət olan, başqa sənədlərə, səhifələrə keçid ­im­kanı yaradan çoxqatlı mətn.

H. məlu­matı çox geniş formada, hərtərəfli qav­ramağa imkan verən mürəkkəb sistemdir. İzahda hər bir sözün eyni zamanda başqa məqa­ləyə istinad rolu oynadığı elektron lüğətlər, ensiklopediyalar H.-ə sadə mi­sal­dır. Terminin yaradıcısı, informasiya tex­nolo­giya­ları üzrə amerikalı mütəxəssis Ted Nelson H.-i «öz-özünə şaxələnən və sor­ğulara ca­vab verən mətn» adlan­dır­mış­dı.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti