Gerçəkliyi düzgün əks etdirməyən və ya bilərəkdən təhrif olunaraq qərəzli məqsədlərlə yayılan informasiya.
H.O.M.-ların yayılmasına görə jurnalistlər və redaksiyalar məsuliyyət daşıyır. Belə məlumatların aid olduğu fiziki və hüquqi şəxslərin onlara düzəliş, təkzib verilməsini tələb etmək, yaxud birbaşa məhkəmədə iddia qaldırmaq hüququ var. Jurnalistin akkreditədən keçdiyi təşkilat haqqında H.O.M.-lar yaydığı məhkəmə təsdiqini taparsa, o, akkreditədən məhrum edilə bilər. Lakin qanunda nəzərdə tutulmuş bəzi hallarda yalan məlumat yaymış KİV və jurnalistlər buna görə məsuliyyətdən azad edilirlər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti