İki və ya daha çox şəxsin birgə əməyi ilə yaradılan əsərə müəlliflik hüququ.
Bu hüquq şərikli əsərin bütövlüyündən və ya müstəqil əhəmiyyətə malik ayrı-ayrı hissələrdən tərtib edilməsindən asılı olmayaraq birlikdə şərik müəlliflərə məxsusdur. Şərikli əsərin müəlliflərinin heç birinin əsaslı dəlil olmadan digərinə həmin əsərdən istifadəni qadağan etməyə ixtiyarı yoxdur. Şərikli əsərlərə müəlliflik hüququ müəlliflərin həyatı boyu və onlardan sonuncusunun vəfatından sonra 70 il müddətində qüvvədə qalır.
Jurnalistika terminləri lüğəti