Kameraya düşən şəxsə hiss etdirmədən çəkiliş aparılması prinsipi.
H.Q.Y. – «gizli kamera» ilə çəkiliş üsulunun yarandığı 1920-ci illərdə ona verilmiş addır. Bu metodun nəzəriyyəsini hazırlayan və ilk olaraq tətbiq edənlərdən biri, sovet dokumentalisti Dziqa Vertov (əsl adı David Kaufman) adi halda diqqəti cəlb etməyən həyat səhnələrini «yaxalamaq» üçün kameranı lokomotivə, hərəkət edən maşına bərkidir, bəzən bazarda, yeməkxanada, məktəbdə gizli çəkilişlər aparırdı. O yazırdı: «Mən – kinogözəm. Mən mexaniki gözəm. Mən dünyanı yalnız özüm görə biləcəyim tərzdə sizə təqdim edən maşınam». Vertovun fikrincə, «kinogöz» həyatı olduğu kimi təqdim etmək, süniləşdirməmək üçün onu qəflətən yaxalamalıdır.
Jurnalistika terminləri lüğəti