Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

ümumdünya hörümçək toru

ing. World Wide Web – ümumdünya hö­rümçək toru

Kompüterlərdə saxlanılan, bir-biri ilə əlaqəli səhifələrə internet üzə­rindən girişi təmin edən qlobal informasiya şə­bəkəsi.

Ü.H.T. ifadəsini əksər hallarda qısaca «veb» sözü ilə və ya www işarəsi ilə əvəzləyirlər. Şəbəkəni yüz milyonlarla veb-serverlər təşkil edir, infor­ma­siyanın axtarışı və kompüterə yük­­lənməsi üçün xüsusi proqramlardan – brauzerlərdən istifadə olu­nur.

Jurnalistika terminləri lüğəti