lat. ultra – ifrat, həddən artıq + lat. radiatio – şüalanma
Dalğasının uzunluğu 10-400 nm diapazonlu elektromaqnit şüaları.
U.R.-nın əsas mənbəyi Günəşdir. Atmosfer proseslərində, orqanizmlərin həyatında böyük rol oynayır. U.R. bakteriyalara məhvedici təsir göstərir, bitkilərdə isə fermentlərin fəallığını dəyişdirir, insan və heyvanların orqanizmlərində kimyəvi reaksiyaları sürətləndirir.
Coğrafiya terminləri lüğəti