Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

tamamlıq budaq cümləsi

Baş cümlədə buraxılmış və ya əvəzlik-qəliblə ifadə olunmuş tamamlığın yerində işlənə bilən budaq cümlə.

Tamamlıq budaq cümləsi kimi? nəyi? kimə? nəyə? kimdə? nədə? kimdən? və s. suallarından birinə cavab verir. Budaq cümlənin bu növü baş cümlədən əvvəl və ya sonra gələ bilər. Baş cümlədən sonra gələndə əlaqə vasitəsi intonasiya və ki tabelilik bağlayıcısı olur: Deyirlər (nəyi?), şirin yuxu gözəl nemətdir. Onu da yaxşı bilirəm ki (nəyi?), tor­paqlarımızı gec-tez geri qaytaracağıq. Ki ədatı ilə işlənən kim, kimi, kimə bağlayıcı sözlərin əlaqə vasitəsi olduğu cüm­lələrdə budaq cümlə baş cümlədən əvvəl gəlir: Kimə ki inan­mışdıq, hamısı özünü doğrultdu.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti