Əsli soysuz kimi olub və digər türk dillərində indi də belə işlədilir. Məsələn, qaqauz dilində soysuz kəlməsi var və ruscaya “безродный”, “неродовитый” kimi tərcümə olunur. Bizdə qəbilə (род) və tayfa (племя) sözləri işlədilir, hər ikisi ərəbcədir, soy “nəsil”, boy “qəbilə”, oymaq isə “tayfa” deməkdir. Soysuz soyu artıra bilməyən (uşağı olmayan) adamlara deyilir. Sonsuz sözü müasir dilimizdə “hədsiz”, “bitməz-tükənməz” mənasında işlədilir. Tarixi mənbələrdə soysuz sözünün sinonimi kimi sonsuz kəlməsi də qeydə alınıb. Görünür, ikinci söz birincinin dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti