Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qulaq qafiyəsi

Şeirdə sözlərin yazılışına görə deyil, tələf­füzünə görə qafiyələnməsi.

Nümunə:

Çəkilmiş qəlbinə əskidən min dağ,

Titrəyir eşqini anan hər dodaq,

Yayılır şikəstə səsləri dağ-dağ,

Nə söylər bu qərib dillər, a dağlar?.. (A.İldırım)

Nümunədəki dağ, dodaq dağ-dağ sözləri tələffüz zamanı qafiyə yaradan sözlərdir. Qulaq qafiyəsi çox zaman natamam qafiyə olur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti