yun. atmos – buxar + yun. sphaira – kürə + yun. akustikos – eşitmə
Atmosferdə səs dalğalarının yayılmasına dair elm.
A.A.-nın əsas vəzifələri atmosferin Yer səthinə yaxın və yuxarı təbəqələrində səs dalğalarının yayılmasını tədqiq etmək, onların havanın temperaturu, rütubəti, sıxlığı və s. xassələrindən asılılığını araşdırmaq, təbiətdə səs-küyün azaldılması yollarını öyrənməkdir.
Coğrafiya terminləri lüğəti