Reklam
Reklam

Все словари

adekvat [adek'vat] sifət  lat. adaequatus – bərabər

Uyğun gələn, eyni, bərabər; müəyyən bir əməllə ona qarşı reaksiyanın uyğunluğu. □ Adekvat cəza.

Həmçinin bax:

jurnalistika: adekvat seçim jurnalistika: informasiyanın adekvatlığı Azərbaycan dilinin izahlı lüğəti

adenoidlər [adenoyitdər] isim yun. aden vəzi + eidosbənzər

Tibb. Burun-udlaq, boğaz və damaq badamcıqlarının limfatik törəmələrinin (düyümlərinin) böyüməsi. □ Adenoidlər normal halda kiçik limfa düyünlərindən ibarət olur.

Azərbaycan dilinin izahlı lüğəti

adenoma [adenoma] isim yun. aden vəzi + oma – şiş

Tibb. Vəzili orqanlarda (süd vəziləri, yumurtalıqlar, qaraciyər, mədə, böyrəklər, qalxanabənzər vəzi və s.) əmələ gələn xoşxassəli şiş. □ Adenoma bəzi hallarda bədxassəli şişə çevrilə bilir.

Azərbaycan dilinin izahlı lüğəti

adəm isim ərəb

"Adam" sözünün klassik ədəbiyyatda işlənmiş forması.

Gǝrçi mühiti-ǝzǝmǝm, adım adǝmdir, adǝmǝm,

Tur ilǝ künfǝkan mǝnǝm, mǝn bu mǝkanǝ sığmazam. (İ.Nəsimi)

Həmçinin bax:

frazeologizm: Adəm alması Azərbaycan dilinin izahlı lüğəti