1. Yanmağına səbəb olmaq; alışdırmaq. □ İşığı yandırmaq. Fənər yandırmaq. Gündüz çıraq yandıran, axşam qaranlıqda qalar. (Atalar sözü). Ağ evi görüb, qara evi yandırmazlar. (Atalar sözü).
2. Şiddətli təsir etmək (isti, qızmar, qaynar şey). □ Çay əlimi yandırdı.
3. Qaraltmaq, rəngini tündləşdirmək. □ Dağ havası adamın üz-gözünü yandırır.
4. Dalamaq. □ Gicitkən əllərimi yandırdı.
5. Məcazi mənada: mənəvi əzab və iztirab vermək, ruhən incitmək, çox ağır təsir etmək. □ Ancaq bir nəfəri Mirzənin vəfatı yandırırdı. (Ə.Haqverdiyev).
Həmçinin bax:
1. Ürəyi su istəmə, susama, susuzluq, atəş. □ Su yanğımı kəsmir. Atlar yanğıdan əldən düşdü.
2. Yanğın. □ Belə od olmaz, böylə alo! Od deyil, yanğı deyil, lovdur, lo! (M.Ə.Sabir).
3. Məcazi mənada: böyük həsrət, şiddətli arzu (adətən “ürək” sözü ilə). □ Mənim ürəyimin yanğısı su ilə sönən yanğıdır? (M.F.Axundzadə).
4. Məcazi mənada: təsir mənasında.
Azərbaycan dilinin izahlı lüğəti1. Binanı, əmlakı, ümumiyyətlə yana bilən hər şeyi geniş miqyasda qaplayıb məhv edən alov, atəş; habelə yanma prosesinin özü. □ Yanğın baş vermək. Yanğını söndürmək. Meşə yanğını. Yanğına qarşı tədbirlər. Zəlzələni görən yanğına razı olar. (Atalar sözü).
2. Məcazi mənada: geniş sahələrə yayılan, hər tərəfi qavrayan bir hadisənin güclü təzahürü, inkişafı haqqında. □ Müharibə yanğını.
Həmçinin bax:
1. Yanğın dəstəsində xidmət edən şəxs, yanğın komandası işçisi. □ Yanğınsöndürənlər dənizdən buruğa şlanqlarla su çəkirdilər. (M.Süleymanov).
2. Yanğın söndürmək üçün cihaz. □ O, bir küncə çəkilib əlində tutduğu yanğınsöndürəni alova tərəf çevirdi.
3. Sifət kimi: yanğın söndürmək üçün işlədilən, yanğın söndürməyə məxsus. □ Yanğınsöndürən cihaz. Yanğınsöndürən şlanq.
Azərbaycan dilinin izahlı lüğəti1. Ürəkdən heyifsilənmək, çox acımaq, ağır mənəvi əzab və iztirab keçirmək. □ Vaqif bu mənzərəyə baxıb düşünür və düşündükcə də yanıb-yaxılırdı. (Y.V.Çəmənzəminli).
2. Məcazi mənada: aşiq və məftun olmaq, eşq mübtəlası olmaq. □ Fərhad Şirin ucundan; Yandı-yaxıldı, ay gözəl! (Aşıq Ələsgər).
3. Acığından, hirsindən boğulmaq, yanıb-tökülmək, bərk hirslənmək. □ Kişi yanıb-yaxılaraq bu dəfə cavab verməyə söz tapmadı. (İ.Əfəndiyev).
Azərbaycan dilinin izahlı lüğəti