Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yandırmaq [yandırmax] feil

1. Yanmağına səbəb olmaq; alışdırmaq. □ İşığı yandırmaq. Fənər yandırmaq. Gündüz çıraq yandıran, axşam qaranlıqda qalar. (Atalar sözü). Ağ evi görüb, qara evi yandırmazlar. (Atalar sözü).

2. Şiddətli təsir etmək (isti, qızmar, qaynar şey). □ Çay əlimi yandırdı.

3. Qaraltmaq, rəngini tündləşdirmək. □ Dağ havası adamın üz-gözünü yandırır.

4. Dalamaq. □ Gicitkən əllərimi yandırdı.

5. Məcazi mənada: mənəvi əzab və iztirab vermək, ruhən incitmək, çox ağır təsir etmək. □ Ancaq bir nəfəri Mirzənin vəfatı yandırırdı. (Ə.Haqverdiyev).

Həmçinin bax:

frazeologizm: atasını yandırmaq frazeologizm: can yandırmaq frazeologizm: çırağını yandırmaq frazeologizm: dədəsini yandırmaq frazeologizm: gəmiləri yandırmaq frazeologizm: içalatını yandırmaq frazeologizm: içim özümü yandırır, çölüm özgəni frazeologizm: imanımı yandıra bilmərəm frazeologizm: imanını yandırmaq frazeologizm: körpüləri yandırmaq frazeologizm: kötüyünün üstündə od yandırmaq frazeologizm: qıl yandırmaq frazeologizm: qırmızı işıq yandırmaq frazeologizm: məscid qapısıdır, nə yarmaq olur, nə də yandırmaq frazeologizm: papağı günə yandırmaq frazeologizm: ümid çırağı yandırmaq frazeologizm: ürək yandırmaq frazeologizm: ürəyini yandırmaq frazeologizm: yaşıl işıq yandırmaq Azərbaycan dilinin izahlı lüğəti