Reklam
Reklam

Все словари

uçmaq1 [uçmax] feil

1. Qanadlar vasitəsilə havada hərəkət etmək, havaya qalxıb getmək, havada gəzmək.

Havada quşlar uçur.

2. Havada hərəkət etmək, havaya qalxıb getmək (uçucu maşınlar – təyyarə, dirijabl və s. haqqında). □ Uçur dağıdaraq buludu lay-lay; Təyyarə göylərin yeddi qatında. (B.Vahabzadə).

3. Təyyarə ilə getmək. □ Bu gün Türkiyəyə uçuram. Saat neçədə uçursan? Sizinlə daha kimlər uçur?

4. Havada seyr etmək, dolaşmaq, hərəkət etmək. □ Uzaq üfüqdə dağlar qaralır, göydə tez-tez ulduz uçurdu. (İ.Əfəndiyev).

5. Külək, təkan və s. gücü ilə havada hərəkət etmək, getmək. □ Güllələr başımızın üstündən uçurdu. Qığılcımlar parıldaya-parıldaya uçur.

6. Qaz, ya buxar halına keçib havada yox olmaq, qarışmaq, təbəxxür etmək (bu mənada çox vaxt "uçub getmək" şəklində işlənir). □ Dərmanın spirti uçub.

7. Məcazi mənada: çox sürətlə getmək, keçmək, ötmək, ötüb getmək. □ Vaxt nə tez uçdu?

8. Məcazi mənada: çox sürətlə yerimək, getmək, çaparaq getmək (bu mənada bəzən "qanadlanıb", "yel kimi", "quş kimi" və s. sözlərlə birlikdə işlənir). □ Qırat yeldən qanad taxıb uçurdu. ("Koroğlu").

9. Məcazi mənada: çıxmaq, qopmaq. □ Ah! Bu yalan bir söz, zəhərli bir ox; Ağzında uçub qəlbimə saplanır. (H.Cavid).

10. Məcazi mənada: solmaq, rəngi qaçmaq, rəngi çəkilmək, silinib getmək. □ Astanada tüstülənir böyrübatıq samovar; Ləmədəsə rəngi uçmuş beş-on nimçə, kasa var. (S.Rüstəm).

11. Məcazi mənada: hara isə getmək, haralarda isə dolaşmaq (fikri, xəyalı və s.). □ Könlüm uçur dağa-daşa; Seyr etdikcə təbiəti. (M.Müşfiq).

uçmaq2 [uçmax] feil

1. Hər hansı bir səbəb üzündən yıxılmaq, dağılmaq; öz ağırlığının təsiri altında düşmək; yıxılmaq, uçulmaq. □ Dam uçdu. Qaya uçanda toz qopar.

2. Məcazi mənada: dağılmaq, yıxılmaq, yox olmaq, məhv olmaq, alt-üst olmaq, yerlə yeksan olmaq. □ Uçdu xalqlar məhbəsi; Ellər bərabər oldu. (R.Rza).

3. Uca bir yerdən yıxılmaq, düşmək, üzüaşağı aşmaq, yuvarlanmaq. □ ...ayağımın altından bir daş uçsa idi, birbaş dərəyə yuvarlanıb parça-parça olacaqdım. (A.Şaiq).

Həmçinin bax:

frazeologizm: damı başına uçmaq frazeologizm: evi başına uçmaq frazeologizm: qaz uçdu, qarğa qondu frazeologizm: milçək uçsa, səsi eşidilər frazeologizm: uçan quşa borcu olmaq frazeologizm: uçmağa qanadı olmamaq coğrafiya: uçan qumlar Azərbaycan dilinin izahlı lüğəti