Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

uçuq1 [uçux] sifət

1. Uçulmuş halda olan, yıxıq. □ Uçuq dam. Uçuq pəncərə.

2. İsim kimi: uçulmuş binanın və s.-nin qalıqları, uçulmuş yer; xarabalıq. □  Adamlar dəstə-dəstə olub əllərində kürək, bel, külüng uçuqları qazmağa başladılar. (S.S.Axundov). 

uçuq2 [uçux] isim

Qızdırmadan və ya başqa səbəbdən dodaqda çıxan qabarcıq(lar). □ Dodağına uçuq çıxmaq.

Azərbaycan dilinin izahlı lüğəti