1. Vaxtın, təbiətin dövraşırı hadisələrinə əsasən hesablanma sistemi; kalendar. □ Köhnə təqvim pula getməz. (Atalar sözü).
2. İlin bütün günlərini (habelə istirahət, bayram, yaxud əlamətdar hadisə günlərini) göstərən, bəzən cürbəcür məlumat yazıları olan dəftərçə və ya vərəqə. □ Divar təqvimi.
1. Həyəcan, iztirab, təşviş, həyəcan və iztirab içində tələsmə, əl-ayağa düşmə, təşvişə düşmə. □ Tellinin təlaşı .. heyrətə gətirdi.. (Y.V.Çəmənzəminli).
2. Həyəcan, gurultu-patıltı. □ Meydanda bir təlaş var.
Həmçinin bax:
1. Tufan, bərk ləpələnmə, dalğalanma, coşma. □ Dənizdə .. elə bir təlatüm var idi ki, heç deməyə gəlməz. (Ə.Sadıq).
2. Obrazlı təşbehlərdə tufan, bərk ləpələnmə, dalğalanma, coşma mənalarında işlədilir. □ Sənin varlığından bir an içində; Milyon təlatümlər, tufanlar keçir. (N.Xəzri).
3. Məcazi mənada: çaxnaşma, vəlvələ, həyəcan, keşməkeş.
1. Coşqun, dalğalı, tufanlı. □ Bu gün Adriatik dənizi son dərəcə təlatümlü idi. (S.Vəliyev).
2. Zərf kimi: coşqun, dalğalı, tufanlı.
3. Məcazi mənada: həyəcanlı, təlaşlı, iztirablı; kəşməkeşli. □ Məsumə daxilən nə qədər təlatümlü idisə, zahirən o qədər sakit və təmkinli görünürdü. (B.Bayramov).
4. Zərf kimi məcazi mənada: həyəcanlı, təlaşlı, iztirablı; kəşməkeşli.
1. Vəhşi və ov heyvanlarını və ya quşları, eləcə də siçan və s. tutmaq üçün cürbəcür qurğu. □ Çox bilən quş dimdiyindən tələyə düşər. (Atalar sözü).
2. Məcazi mənada: hiylə, qurğu. □ ..Çoxdandır gözləyir yolunu tələ; Nəbi bu gün-sabah keçəcək ələ. (S.Rüstəm).
Həmçinin bax:
1. Bir şeyi israrla, qəti şəkildə xahiş və ya təklif etmə, istəmə. □ Onun tələbini nəzərə aldılar. Sənin tələbin nədir?
2. Qəti şəkildə ifadə olunan inadlı, təkidli xahiş, arzu, istək, təklif. □ Tətilçilərin tələbi.
3. Bir şəxsin və ya şeyin uyğun gəlməli olduğu şərtlərin və xüsusiyyətlərin məcmusu; norma (adətən cəm şəklində). □ Doktorluq dissertasiyasının qarşısında qoyulan tələblər.
4. Ancaq cəm şəklində tələblər – tələbat, ehtiyac. □ Cəmiyyətin mədəni tələbləri. Oxucuların tələbləri.
Həmçinin bax:
1. Çox böyük və ciddi şeylər tələb edən, hər şeyə çox ciddi yanaşan; ciddi, zabitəli. □ Tələbkar müəllim. Tələbkar sex rəisi.
2. İsim kimi: çox böyük və ciddi şeylər tələb edən, hər şeyə çox ciddi yanaşan adam; ciddi, zabitəli.
3. Hüquq. Arxaizm. İsim kimi: iddia edən, tələb edən adam; tələbkar, iddiaçı. □ Qazı qabaqca tələbkarı danışdırır.